KÖHNƏ VERSİYA            

Qarabağlılar İrəvandan kütləvi qaçır - Paşinyan bir səbəb dedi, Şahramanyan variantlar sayır...

Image

Akif Nağı: “Oyunbazlıq edirlər, Paşinyan bir söz deyir, Şahramanyan tamam başqa bir iddia ortaya qoyur, bunlar isə bir-birini tutmur”

Qarabağdan könüllü köçüb getmiş ermənilərin ətrafında həm Paşinyan hökuməti, həm də Samvel Şahramanyan və onun kimiləri müxtəlif oyunlar qururlar. Məsələ burasındadır ki, Qarabağdan getmiş ermənilər özləri tamamilə məsələyə neytral yanaşır və tezliklə Ermənistanı da tərk edib başqa ölkələrə köçməyə can atırlar.  

2023-cü ilin sentyabrında qondarma “respublika” ləğv olunsa da, 28 sentyabr 2023-cü ildə qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı “fərmana” əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün “dövlət qurumları”, təşkilatların ləğv ediləcəyi və qondarma rejimin fəaliyyətinin dayandırılacağı elan edilsə də, təəssüf ki, hələ də Şahramanyan özünü “prezident” hesab edir və müxtəlif açıqlamalar verir.  

Qondarma “prezident” S.Şahramanyan sentyabrın 2-də açıqlama verib ki, ermənilər yenidən Qarabağa qayıtmaq istəyirlər, bu yolda “mübarizə” aparırlar, məqsədləri geri qayıtmaqdır və sair. 

O deyib ki, ermənilər “vətənə” qayıtmaq ümidi ilə yaşayırlar. Şahramanyan hətta qeyd edib ki, ermənilərin “öz tarixi vətənlərinə qayıtması məsələsi onların diqqət mərkəzindədir”. Guya onu həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərliyi ilə komitə də yaradılıb. “Biz vaxtaşırı görüşür və mümkün qayıdışla bağlı məsələləri müzakirə edirik”-deyə bildirən Şahramanyan iddia edib ki, ermənilər “Ermənistan Artsaxında yaşamaq istəyir”.

Utanmadan belə bir absurd ifadə işlədir və bununla da Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olduğunu sübut edir. 

Xatırladaq ki, bir-iki gün əvvəl isə Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Şahramanyanın dediklərinin əksini söyləyib.  Paşinyan deyib ki, Qarabağdan olan ermənilər Ermənistanı da tərk edib başqa ölkələrə gedirlər. O, ermənilərə müraciət edib ki, Ermənistanı tərk edib getməsinlər və Ermənistan vətəndaşlığı almaq üçün hökumətə  müraciət etsinlər.

Şahramanyan deyir ermənilər Qarabağa qayıtmaq istəyir, Paşinyan isə bildirir ki, Qarabağdan gedən ermənilər Ermənistandan qaçırlar.

Ermənistandan qaçan ermənilər yenidən Qarabağa qayıtmaq istəyər? Bu məsələdə Paşinyanla Şahramanyanın sözü bir-birini tutmur. Nə baş verir? 

“Şahramanyan oyun oynayır, özü də başa düşür ki, ermənilərin Azərbaycan ərazisinə qayıtması mümkün deyil” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanda bəzi qüvvələr, bəzi qruplar hələ də Qarabağdan könüllü şəkildə köçüb gedən ermənilərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar: “Ermənistan hakimiyyəti, Paşinyan da bu məsələdə xüsusi məqsəd güdür, vaxtaşırı olaraq bu barədə danışır. Eyni zamanda, Bakıda həbsdə olmalı olan bu Şahramanyan deyilən cinayətkar da populist çıxışlarla gündəmə gəlməyə çalışır.  Amma hamısı başa düşür ki, dedikləri gerçəkləşən deyil, etdikləri boş-mənasız bir söhbətdir. Çünki artıq məsələ öz həllini tapıb. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da yaşlı vaxtında özünə yeni sənət tapıb və ona aid olmayan, başı çıxmayan işlərlə məşğul olur. Bu adam heç vaxt ağıl yiyəsi olmayıb, indi tamam ağlını itirib. Bunlar nə günə qalıblarsa Oskanyanın ağlı ilə oturub-dururlar, onunla məsləhətləşirlər. Guya o da hansısa təşkilat yaradıb. 

Reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağ heç vaxt ermənilərin vətəni olmayıb, onlar ora Çar Rusiyasının məkrli siyasəti nəticəsində köçürülüblər. Çar Rusiyası dövründə də Azərbaycan yaşamaq üçün onlara şərait yaratdı, sonrakı dövrlərdə onlar üçün müəyyən şərait olmasına çalışıb. Amma onlar onu başa düşmədilər, Azərbaycana, Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı çıxışlar etdilər. 1919-cu ildə Ermənistanın əlində alət olub, guya Azərbaycana qarşı üsyan qaldırdılar, o dövrdə Milli Hökumət onların bu üsyanlarının, Ermənistanın təcavüzünün qarşısını aldı və öz hakimiyyətini həmin ərazilərdə bərpa etdi. Sonrakı mərhələlərdə Azərbaycanın onlara qarşı hər hansı bir niyyəti yox idi. Ermənilər Azərbaycan ərazisində yaşayırdılar, bizim ölkəmizin vətəndaşları idilər. Amma növbəti dəfə Azərbaycana xəyanət etdilər. Onlardan bəzi dövlətlər, bəzi mərkəzlər Azərbaycana qarşı istifadə etdilər, onların əli ilə Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı üsyan qaldırdılar, qiyam törətdilər. Onların bu hərəkətləri nəticəsində 30 il ərzində 1 milyondan artıq azərbaycanlı köçkün vəziyyətinə düşdü, 300 minə yaxın azərbaycanlı isə indiki Ermənistandan, tarixi Azərbaycan torpaqlarından, türk yurdundan,  Qərbi Azərbaycandan deportasiya edildi, qovuldu. Budur onların törətdiyi cinayətlər. İndi Ermənistandakı ermənilər, Qarabağdan köçüb getmiş ermənilər və dünyadakı ermənilər onun bədəlini ödəyirlər.  

Oyunbazlıq edirlər, Paşinyan bir söz deyir, Şahramanyan tamam başqa bir iddia ortaya qoyur, bunlar isə bir-birini tutmur. Əslində, hər ikisi də Qarabağdan könüllü köçüb getmiş ermənilərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. 

Paşinyan bu günlərdə bir söz də dedi ki, ermənilərin Qarabağa qaytarılması mümkünsüzdür, real deyil. O bu mövqedən çıxış etdi, o da öz siyasətini yeridir, oradakı erməniləri hələlik Ermənistanda saxlayıb öz məqsədləri üçün istifadə etməyə çalışır. O çalışır ki, müəyyən sayda ermənilər Ermənistanda qalsın. Çünki ermənilər Ermənistanda qalmaq istəmirlər, çıxıb getmək istəyirlər, daha yaxşı yaşamaq məqsədi güdürlər. Ermənilər üçün vətən anlayışı yoxdur. Qarabağ da, indiki Ermənistan deyilən ərazi də onların vətəni deyil, olmayıb, bunlar tarixi Azərbaycan torpaqlarıdır. Onlarda vətən anlayışı olmadığı üçün ordan da getmək istəyirlər, yaxşı həyat dalınca qaçırlar. Paşinyan çalışır ki, onların bu köçünün qarşısını alsın, onları heç olmasa müəyyən bir sayda Ermənistanda saxlasın. Məqsəd də odur ki, onların adından istifadə edib Azərbaycana qarşı müəyyən təxribatlar törətsin”.

A.Nağının sözlərinə görə, Paşinyan istəyir ki, onların adlarından istifadə edilsin, onlarla bağlı müəyyən açıqlamalar verilsin. A.Nağının fikrincə, Paşinyan Qarabağdan köçüb getmiş ermənilərin Azərbaycana qayıtmasını istəmir, istəyir ki, onun əlinin altında olsunlar, eyni zamanda da başa düşür ki, onların geri qayıdışı artıq real deyil. A.Nağı qeyd etdi ki, ermənilər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıblar, öz qərarlarını veriblər və onların geri qayıtması üçün də Azərbaycanın şərtləri var, lakin onlar o şərtləri qəbul etmək istəmirlər. O vurğuladı ki, ermənilər geri qayıtmaq istəyirsə mütləq şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, bizim qanunlara tabe olmalıdırlar, törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri qarşısında cavab verməlidirlər. “Ona görə də Paşinyan hesab edir ki, onların geri qayıtması həm də bu amilə görə mümkün deyil. Amma Şahramanyan oyun oynayır, özü də başa düşür ki, ermənilərin Azərbaycan ərazisinə qayıtması mümkün deyil. Guya bunlar 1991-ci ilin sentyabr ayının 2-də nəsə elan ediblərmiş, bunu gözə soxmağa çalışırlar. Amma heç bir reaksiya yoxdur. Onların bu “günlərinə” heç bir reaksiya yoxdur, Ermənistanın özündə artıq heç kəs buna fikir vermir. Heç kəs o bədnam tarixi yada salmaq istəmir, yanlış bir addım olduğu, səhv etdikləri  üçün xatırlamaq istəmirlər.  Bunu ermənilərin çoxu başa düşür və mümkün qədər 1991-ci ilin 2 sentyabrını yaddan çıxarmağa çalışırlar. Amma Şahramanyan kimi əl oyuncaqları kimlərinsə sifarişi ilə nələrisə təkrar etməyə cəhd edir, amma onun da heç bir mənası, təsiri yoxdur. Proses Azərbaycanın istəklərinə uyğun gedir və o istiqamətdə hər şey davam edəcək. Ermənilərə demək lazımdır ki, ağıllarını başlarına yığsınlar, bu boş xülyalarla özlərini aldatmasınlar” - deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA







VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

Nazirliyin rəhbərliyində elmi dərəcəsi olanlar və olmayanlar...

Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

Baydenin müşaviri Bakıya xüsusi göndərilib...

SON XƏBƏRLƏR

11.10.2024 | 10:15
Putin Türkmənistana gedib - Pezeşkianla da görüşəcək

11.10.2024 | 10:10
Türkiyəli müğənninin bacısı intihara cəhd edib

11.10.2024 | 10:06
"COP29-un sədri kimi Azərbaycan çətin vəzifənin öhdəsindən uğurla gəlir"

11.10.2024 | 10:00
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniya ilə qarşılaşacaq

11.10.2024 | 09:56
Türkiyədə tarixi xalq kitabxanası yanıb

11.10.2024 | 09:30
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb

11.10.2024 | 09:26
Avtobus marşrut sahibləri indiyədək dövlətə pul verirdilər, indi dövlətdən pul alacaqlar... Yeni layihə, ya büdcəyə yük?

11.10.2024 | 09:15
İngiltərə millisindən ŞOK məğlubiyyət, Fransa yğıması İsrailə aman vermədi

11.10.2024 | 09:06
Mədəniyyət naziri “Euronews”un nümayəndə heyəti ilə görüşüb

11.10.2024 | 09:00
Baş prokuror Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib

11.10.2024 | 08:41
Özbək uşaqlar üzərində Fransanın "kəşfiyyat layihəsi" başladı - Fransadan türkə dost olar?...

11.10.2024 | 00:05
Ermənilərin Gəncəyə dördüncü qanlı raket hücumundan 4 il ötür...

10.10.2024 | 23:16
Azərbaycanın “Birgə Atəşkəs Çağırışı” dünyada böyük dəstək qazandı - 127 ölkə...

10.10.2024 | 22:46
BDU-da “Jurnalistika təhsili və “Tədris xəstəxanası” modeli” mövzusunda elmi seminar keçirilib

10.10.2024 | 22:43
Kadırov ona sui-qəsd hazırlandığını iddia etdi və üç vəzifəli şəxsi qisasla hədələdi - əksini sübut etməsələr...

10.10.2024 | 21:14
Ermənistan "Zəngəzur dəhlizində" çıxılmaz vəziyyətə düşüb...

10.10.2024 | 21:00
Nazirliyin rəhbərliyində elmi dərəcəsi olanlar və olmayanlar...

10.10.2024 | 20:45
Rus əsgərlərinin İran-Ermənistan sərhədindən çəkilməsinin ŞOK TƏFƏRRÜATLARI...

10.10.2024 | 20:31
Güney Azərbaycanda iqtisadi oyanış başladı - yeni vali od püskürdü...

10.10.2024 | 20:16
Rusiyanın bu qərarları Azərbaycana qarşı İrəvanın mövqeyini bərkidə bilər...

10.10.2024 | 20:03
ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişəcək

10.10.2024 | 19:55
Prezident “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqlədi

10.10.2024 | 19:54
Ailəsini qıran Əhməd Əhmədovla bağlı məhkəmə qərarına dair Baş Prokurorluqdan reaksiya...

10.10.2024 | 19:49
Əliyev ABŞ sanksiyalarına qarşı qlobal proses başlada bilər...

10.10.2024 | 19:36
Qadın hüquqları məsələsində Azərbaycanın dünyada yeri - daha öndə olmağın yolları...

10.10.2024 | 19:32
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqləndi

10.10.2024 | 19:23
Qubadan deputat Əlibala Məhərrəmzadənin yazıçı-publisist karyerası - nələr var...

10.10.2024 | 19:13
Balakən gənclərinin əsas görüş və fəaliyyət mərkəzi – Gənclər evi

10.10.2024 | 18:58
Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

10.10.2024 | 18:44
Stalin məşhur "YAK-3" qırıcılarını Bakıda harada istehsal etdirirdi?..

10.10.2024 | 18:30
Ermənistanda "faşizm sevgisi" - 9 Mayın MDB-də mühüm roluna böyük təhdid…

10.10.2024 | 18:17
ABŞ qorxudan Türkiyəyə sanksiya tətbiq edə bilməz - ekspert rəyləri...

10.10.2024 | 18:02
ABŞ hakimiyyəti Azərbaycanla münasibətlərin gələcəyini necə görür...

10.10.2024 | 17:48
Türkiyədə 10 illik qapalı müzakirələrə Azərbaycandan rəylər...

10.10.2024 | 17:35
Məşhur parataekvondoçumuz Los-Anceles 2028-ə hazırlaşır… - FOTO

10.10.2024 | 17:23
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

10.10.2024 | 17:15
Baydenin müşaviri Bakıya xüsusi göndərilib...

10.10.2024 | 17:02
Fəlsəfə doktorlarının ictimai statusu dəyişdirilir - nazir anons etdi...

10.10.2024 | 16:43
Narkoşəbəkənin daha 20 üzvü saxlandı, 146 kq narkotik dövriyyədən çıxarıldi - VİDEO

10.10.2024 | 16:35
ABŞ-ın Zelenskidən varisini müəyyənləşdirməsini istədiyi ortaya çıxdı...

10.10.2024 | 16:16
“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

10.10.2024 | 16:05
Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

10.10.2024 | 16:03
“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçiriləcək

10.10.2024 | 15:46
Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edildi

10.10.2024 | 15:28
Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

10.10.2024 | 15:04
Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının MDB səviyyəsində təsdiqi - ŞƏRH

10.10.2024 | 15:00
Paşinyan yenə blef edir - Gürcüstanla İranı bir tərəziyə qoyur, Azərbaycanla Türkiyəyə normallaşma mesajı göndərir...

10.10.2024 | 14:50
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib - FOTO

10.10.2024 | 14:42
Stano açıq şəkildə Ermənistanın sülhə mane olmaq siyasətini dəstəklədi... - VİDEO

10.10.2024 | 14:25
Bakıda bank kartından oğurluq edən şəxs saxlanılıb

10.10.2024 | 14:10
"İqlim dəyişikliyinin Yer kürəsinə təsiri müzakirə olunmalıdır" - Aİ komissarı

10.10.2024 | 13:28
Azərbaycan sərhədlərini pozan altı əcnəbi saxlandı

10.10.2024 | 13:17
"İqlim məsələsində 8 milyard insanın gözləntisini həyata keçirmək üçün qlobal əməkdaşlıq lazımdır" - BMT rəsmisi

10.10.2024 | 13:02
АЭС для Казахстана, это развитие или петля на шею - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.10.2024 | 12:30
Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq...

10.10.2024 | 12:21
İqbal Ağazadə Ədalət Vəliyev ilə görüşüb

10.10.2024 | 12:00
"COP29-da əsas diqqət iqlim dəyişikliyi üçün mübarizə metodları tapmağa yönələcək"

10.10.2024 | 11:35
"Milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik" - Prezident

10.10.2024 | 11:30
4000 dollara aldığı gitaranı geri qaytardı, hərracda 6550 dollara satıldı..

10.10.2024 | 11:20
Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil

10.10.2024 | 11:17
"Bu problemləri dar düşüncələr, dar maraqlar çərçivəsində həll etmək olmaz" - Muxtar Babayev

10.10.2024 | 11:11
Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb

10.10.2024 | 11:06
Ötən gün 30 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

10.10.2024 | 11:02
Paşinyanın təzə aferizmi ortaya çıxdı - CANLI

10.10.2024 | 11:00
“Rəqəmsal bacarıqlar” layihəsi bu il 650 min tələbəni əhatə edib - nazirdən AÇIQLAMA

10.10.2024 | 10:30
Ərdoğan Albaniya və Serbiya yolçusudur

10.10.2024 | 10:20
Çay kənarından meyit tapıldı

10.10.2024 | 10:10
Kriştiano Ronaldo ərəblərlə yeni razılaşma imzalayacaq?

10.10.2024 | 10:06
"Bu qətnamənin heç bir dəyəri yoxdur" - Tbilisi meri avroparlamenti "bombaladı"

10.10.2024 | 09:38
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vurub öldürdü

10.10.2024 | 09:30
Papa Fransisk sabah Zelenski ilə görüşəcək

10.10.2024 | 09:24
Nazir Əmrullayev universitetlərdə bəzi fənləri mənasız hesab etdi...

10.10.2024 | 09:15
Bakıda “PRE-COP29” tədbiri işə başlayıb

10.10.2024 | 09:06
"Revanş olmayacaq!” - Tramp Harrislə yeni debatdan imtina etdi

10.10.2024 | 09:00
İsmayıllıda meşə massivində qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb

10.10.2024 | 08:38
"Kartlardan oğurluq bank işçilərinin əli ilə törədilir" iddialarına ekspert izahı...

10.10.2024 | 01:22
Zelenski münaqişəni 2025-ci ilə qədər bitirmək imkanı yarandığını deyir...

09.10.2024 | 23:43
Şantajda ittiham olunan sayt rəhbəri həbs edildi

09.10.2024 | 23:30
Avroparlament Gürcüstana qarşı qətnamə qəbul etdi, Tiflisdən də sərt reaksiya gəldi - bu ölkənin daxili işlərinə həyasızcasına müdaxilədir...

09.10.2024 | 23:20
MEDİA “EekadFacts” internet resursunun saxtakarlığını ifşa etdi... - FOTO

XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031