KÖHNƏ VERSİYA            

Bakının bombalanması planının detallarını azərbaycanlı professor açdı...

Image

Məhərrəm Zülfüqarlı: “Müttəfiq dövlət olan SSRİ tərəfindən Bakı neftinin faşist Almaniyasına göndərilməsinin qarşısını  almaq üçün Fransa və İngiltərə Bakının neft mədənlərini bombalamaq barədə plan hazırladılar”

İngiltərə və Fransa 1940-cı ildə Bakıda sovet neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürməyi və son nəticədə Sovet İttifaqının dağılmasına nail olmağı planlaşdırırdılar. Bu barədə RİA Novosti agentliyi Prezident Kitabxanasının dərc etdiyi arxiv sənədlərinə istinadən məlumat yayıb. 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, İngiltərə və Fransanın Bakının neft mədənlərini bombalamaq planı barədə məlumatın mahiyyəti təhrif edilərək verilib, əsl həqiqət isə başqadır. 

“Molotov-Ribbentrop müqaviləsinin gizli bəndinə əsasən, Bakı neftinin bir hissəsi Avropanı işğal etmək üçün faşist Almaniyasına verilməli idi” 

M.Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, əslində, buna səbəb SSRİ ilə Almaniya arasında 1939-cu ilin 23 avqustunda imzalanan  Molotov-Ribbentrop (Alman-Sovet Sərhəd Müqaviləsi) müqaviləsinin gizli bəndi olub. “1940-cı ildə İngiltərə və Fransanın Bakının neft mədənlərini bombalamaq planı olub. O barədə sizin qəzetdə yazı oxudum. Gördüm, faktların əksəriyyəti düzdür, amma mahiyyət, əsas səbəb göstərilmir ki, niyə İngiltərə və Fransa Bakını bombalamaq planı hazırlayırdılar, nə üçün Bakının neft mədənlərini bombalamaq istəyirdilər.  

SSRİ ilə faşist Almaniyası müttəfiq idi. Onların müttəfiq olması uzun müddət gizlədilib. Yəni 1939-cu ilin 23 avqustundan 1941-ci ilin iyun ayının  22-nə qədər faşist Almaniyasına ən yaxın dövlət Sovet İttifaqı olub. Ona görə ki, 1939-cu ilin avqust ayının 23-də faşist Almaniyası ilə SSRİ arasında “Hücum etməmək haqqında on illik müqavilə” imzalanıb. Əslində bu, müttəfiqlik müqaviləsi idi. Həmin müqavilə tarixdə xarici işlər nazirlərinin adı ilə Molotov-Ribbentrop müqaviləsi adlanır. Çünki onlar imzalamışdılar. Həmin müqavilənin də gizli saxlanılan maddələrinə görə, Bakı neftinin bir hissəsi faşist Almaniyasına verilməli idi. Bakı neftinin bir hissəsini Almaniya alandan sonra Avropa işğal olunmalı idi. Çünki hələ onda Fransa işğal olunmamışdı, İngiltərə üçün də təhlükə yaranmamışdı, Avropa tam işğal edilməmişdi. Fransa və İngiltərə belə hesab edirdilər ki, Bakı nefti faşist Almaniyasının əlinə keçsə, o, Avropanı işğal edəcək. Müttəfiq dövlət olan SSRİ tərəfindən Bakı neftinin faşist Almaniyasına göndərilməsinin qarşısını  almaq üçün Fransa və İngiltərə Bakının neft mədənlərini bombalamaq barədə plan hazırladılar. Amma elə təqdim olunur ki, günah Fransa və İngiltərədə olub, Sovet İttifaqının bu işdə heç bir günahı olmayıb, guya bu ölkələrin Bakını bombalamaq planı SSRİ-ni çökdürmək məqsədi daşıyıb. Əslində isə elə deyil. Bu sırf müdafiə xarakteri daşıyan bir məsələ idi. Düzdür, Bakını, Bakı neftini bombalamaq niyyəti güdən, bununla bağlı plan hazırlayan istənilən dövlətə qarşı mövqeyimiz çox sərtdir. Bakının bombalanma planının səbəbkarı Hitler və Stalin (Almaniya və Sovet İttifaqı)   arasında bağlanan Molotov-Ribbentrop müqaviləsindəki gizli bənd olub. Əgər o müqavilədə gizli maddələr, bəndlər olmasaydı, heç Bakını bombalamaq planı da olmazdı. 

Molotov-Ribbentrop müqaviləsinin gizli bəndinə  əsasən, Bakı neftinin bir hissəsi Avropanı işğal etmək üçün faşist Almaniyasına verilməli idi. Almaniya nefti aldıqdan sonra Avropanı maneəsiz, rahat işğal edəcəkdi. Fransa və İngiltərə də bunun qarşısını almaq üçün belə bir plan hazırladılar. Lakin almanlar Fransanı tutandan sonra bu plan gərəksiz oldu. Faşist Almaniyası Bakı neftini alana qədər artıq Fransanı işğal etmişdi. Fransanın işğalı Bakını bombalanmaqdan xilas edib”. 

M.Zülfüqarlı  bildirdi ki, 1940-cı ildə İngiltərə və Fransa Bakını Suriya aerodromundakı təyyarələr vaistəsilə bombalamaq məqsədi güdürdü, plan bu şəkildə hazırlanmışdı. 

M.Zülfüqarlı qeyd etdi ki, bu fikirləri söz xatirinə deyil, apardığı uzun müddətli tədqiqatlar nəticəsində əldə etdiyi tarixi faktlara əsasən danışır. “Bakıda beynəlxalq konfrans keçirilirdi və ora İngiltərədən də bir alim gəlmişdi. Sözün düzü, qonaq olduğu üçün mən onun yanında İngiltərə və Fransanın Bakı neftini bombalamaq planı barədə danışmaq istəmədim. Elə fikirləşdiyim halda gördüm ki, ingilis tarixçisi arxiv sənədlərini, arxivdəki fotoları ekrana qoyub başladı bir-bir onlar barədə məlumat verməyə. Bu materiallar İngiltərə arxivlərində əvvəl gizlin saxlanılıb, sonra isə açıq olub. İngiltərəli tarixçi çıxışında bildirdi ki, 1940-cı ildə İngiltərə və Fransanın Bakının bütün neft mədənlərini bombalamaq barədə planları var idi, hətta bu planda dövlət binalarının bombalanması da olub. O, bir-bir şəkillər, faktlar üzərində danışmağa başladı. Mən də o vaxt Bakının qəhrəman müdafiəçisi general Məmmədbağır  Bağırov barədə kitab yazırdım. O, Bakıda hava hücumlarından müdafiə qoşunlarının komandanı olub.Yəni o dövrdə bu işlə o məşğul olub. Mən ingiltərəli tarixçidən o materailları, fotoları aldım və onları mənbəyə istinad edərək kitabıma saldım. Burada Bakının hansı obyektlərinin bombalanmalı olduğunu əks etdirən fotolar çox dəyərli materiallardır. Bakının bütün neft mədənləri və hökumət binalarının hamısı bombalanmalı idi. 

O zaman Bakı üçün üç böyük təhlükə vardı. Biri Fransa və İngiltərənin bu planı idi. İkincisi, faşist Almaniyası Bakını işğal etmək istəyirdi. Üçüncü isə, Stalinin əmri ilə Moskvadan Bakıya xüsusi adamlar göndərilmişdi ki, Bakı işğal olunacağı təqdirdə bütün neft mədənlərini, hökumət binalarını onlar özləri bombalasınlar. Binalara, neft mədənlərinə minalar yerləşdirmişdilər. Onda Mircəfər Bağırov Mosvaya bildirdi ki, lazm gələrsə biz özümüz partladarıq, o adamları göndərməyə ehtiyac yoxdur. Halbuki, adamlar artıq Bakıya gəlmişdilər. Burdan nə nəticə çıxır? Demək Azərbaycan müstəqil olmadığı vaxtlarda, xalq öz sərvətlərinin, torpaqlarının sahibi olmadığı zamanda onun Bakı kimi neftlə zəngin olan paytaxt şəhəri belə təhlükələrə məruz qalmışdı. Bir tərəfdən Fransa və İngiltərə, o biri tərəfdən Faşist Almaniyası, başqa bir tərəfdən də rəsmi Kreml Bakıya təhlükə yaradırdı. Təbii ki, hər biri də öz məqsədi üçün Bakını vurmaq istəyirdi”. 

“Stalinin məqsədi nə idi ki, Bakı neftinin bir hissəsini faşist Almaniyasına vəd edirdi” sualına cavabında M.Zülfüqarlı bildirdi ki, Almaniyada 1933-cü ildə  nasistlər hakimiyyətə gələndən sonra onlar dünya ağalığı siyasətini yürüdürdülər və nasistlər də kommunistlərə düşmən idi. O qeyd etdi ki, o dövrdə kommunist Ernest Telmanın məhkəməsi oldu, çoxlu sayda kommunist Almaniyadan Sovet İttifaqına mühacirət etdi. “Maraqlıdır ki, Molotov-Ribbentrop müqaviləsindən sonra Stalin alman mühacir kommunistlərin hamısını güllələtdi, faşistlərin zülmündən qaçıb SSRİ-yə sığınan həmin adamların hamısı repressiyaya məruz qaldı. Çünki o vaxt faşist Almaniyası SSRİ-yə dost ölkə idi. Stalin faşistlərə qarşı olan öz kommunist əqidədaşlarını düşmən bilib alman kommunistlərini güllələtdi.   

1939-cu ilin sentyabr ayının 1-də İkinci Dünya müharibəsi başladı. Artıq ona qədər də SSRİ və faşist Almaniyası arasında məlum müqavilə bağlanmışdı. Amma 1938-ci ildə və ondan əvvəlki dövrlərdə SSRİ istəyirdi ki, Faşist Almaniyası əsas istiqaməti Fransaya və İngiltərəyə yönəltsin, Sovet İttifaqına hücum etməsin. Hitler də başa düşürdü ki, SSRİ-yə qarşı müharibəyə başlamaq tezdir, çünki böyük bir ərazini əhatə edən böyük bir dövlətdir. Ona görə də, Hitler birinci Avropanı işğal etmək istəyirdi, bundan sonra isə SSRİ-yə hücum etməyi planlaşdırırdı. Amma bu, Hitlerin gizli planı idi. Stalinin də əsas məqsədi o idi ki, Hitleri Avropanın işğalına yönəltsin. Bu fikir onları yaxınlaşdırdı. Yəni Hitlerin Avropanı işğal etmək planı SSRİ-nin marağında idi, ona görə də o müqaviləni imzaladı. Müqavilənin də bir bəndinə görə, Bakı nefti faşistlərə verilməli idi ki, Avropanı daha tez işğal etsin. Amma Stalin yaddan çıxarırdı ki, Hitlerin gizlin planı var və Avropadan sonra SSRİ-yə hücuma keçəcək. Ona görə də 1941-ci ilin iyun ayının 22-də faşist Almaniyası SSRİ-yə hücuma keçəndə Stalin inanmırdı, çünki müharibə elan etmədən qəfil hücum etmişdi. Faşist Almaniyası   Molotov-Ribbentrop müqaviləsini pozmuşdu. Faşistlərin SSRİ-yə hücumunu gözləmədiyi üçün Stalin Qərb sərhədlərinin qorunmasını möhkəmlətməmişdi, əsasən Uzaq Şərqdə Yaponiya təhlükəsinə görə orduları orda saxlayırdı. Ona görə də faşistlər qəfil hücum edərək artıq Moskvaya yaxınlaşırdılar. Əslində bu, Stalinin günahı, onun səhvi idi ki, düz hesablamamışdı” - deyə M.Zülfüqarlı əlavə etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031