"Mayot adası ölümün astanasındadır" - Tohiri Mohammed
Mayot adası ölümün astanasındadır. Trend xəbər verir ki, bunu Mayot adasınından olan Tohiri Mohammed Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın işğalı altında olan Mayot adasına həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qəmər xalqı ötən illərdə bir çox fəlakətlər yaşayıb.
“Fransa qondarma sərhədlər yaradaraq Mayot adasında yaşayan eyni kökdən olan xalqların hərəkətinə süni əngəllər yaradıb. Fransa eyni kökdən olan xalqları ayırmağa çalışır. Qamər xalqına tətbiq edilən viza rejimi insanlar üçün ciddi problemlər yaradır. Xüsusilə sağlamlıqla bağlı yaxın ərazilərə getmək üçün belə viza almaq lazımdır”.
Onun sözlərinə görə, Fransanın apardığı müstəmləkə siyasəti nəticəsində minlərlə insan həyatını itirib, minlərlə insan isə ölümlə üz-üzədir.
“İmkan verilmir ki, Qəmər əhalisi rahat şəkildə yaşasın, hərəkət etsin. Vanbuşu əməliyyatında Fransa bir çox silahlı qüvvələrinin hesabına insanların evləri yandırıldı, öldürüldü, insanlar doğma evlərindən qovuldu”.