"Beynəlxalq təşkilatlarda Mayotun işğalı ilə bağlı bütün məsələlər Fransa tərəfindən bloklanıb" - Abbas Abbasov
Fransa hökuməti 1976-cı ildə süni və qeyri-qanuni referendumlar keçirdilər. Bununla da Mayot adasını işğal etdilər. 1995-ci ildən sonra bütün beynəlxalq təşkilatlarda Qəmər adaları ilə bağlı və Mayotun işğalı ilə bağlı, ümumiyyətlə, bütün məsələlər beynəlxalq müstəvidə Fransa hökumət tərəfindən bloklanıb.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu 19 ildən sonra bu mövzunu qaldıraraq, BMT-in qətnamələrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, beynəlxalq konfrans keçirib.
"Bundan sonra da Bakı Təşəbbüs Qrupu BMT qətnamələrinin yerinə yetirilməsi üçün çağırışlar edəcək. Biz bu beynəlxalq hüquq müddəalarını hər zaman dəstəkləyəcəyik", - deyə o qeyd edib.