"Fransanın müstəmləkə siyasəti uzun müddət davam etməyəcək" - Qəmər adalarından olan rəsmi
Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, öz qapısını bizim kimi ədalətə ac olan və illərdir Fransının müstəmləkəsinə qarşı savaşan ölkələrə açır.
Bu barədə Trend-ə açıqlamasında Qəmər adalarından olan rəsmi Zirari Madi deyib.
"Mən Qəmər adalarının Mayot adasından gəlirəm. Orada dünyaya gəlib, yaşamışam. Amma hazırda Qəmər adası yox, Fransa vətəndaşıyam. Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm ki, qapılarını bizə açıblar və beynəlxalq arenada öz səsimizi çatdırmağa imkan veriblər. Fransa, bildiyiniz kimi, müstəmləkə siyasətini davam etdirir. Lakin bu uzun müddət davam etməyəcək", - deyə o əlavə edib.