"Qəmər xalqı azad seçkilər tələb edir" - Tourqui Nadia
Üçüncü Yol Kollektivinin (C3V) Vətəndaş Cəmiyyətinin üzvü Tourqui Nadia Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda fikirlərini açıqlayıb. O qeyd edib ki, Qəmər xalqı azad seçkilər tələb edir: “Bu gün biz sərhədlərin toxunulmazlığı prinsipindən danışmalıyıq. Qəmər xalqı azad seçkilər tələb edir. Onlar bu gün fərqli statusla üzləşiblərlər.
Mayot müstəmləkəyə çevrilib. Qəmər adasında müstəqillik tərəfdarlarını qovub, təhdid ediblər. Seçkilərdə saxtakarlıq, korrupsiya bu gün beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Elit təbəqəyə qarşı sanksiyalar tətbiq olunur, ziyalı insanlar fikirlərini səsləndirə bilmirlər”, - o qeyd edib.
Mətləb Salahov