Türkiyədə Mossad agenti həbs olunub - "Sabah" nəşri
Türkiyədə İsrailin kəşfiyyat xidmətinə (Mossad) xidmət etməkdə ittiham olunan şəxs həbs olunub. Bu barədə “Sabah” məlumat yayıb. Bildirilib ki, Mossadın Türkiyədəki pul şəbəkəsini idarə edən Kosova vətəndaşı Liridon Rexhepi həbs olunub.
Qeyd edilib ki, o, İsrail kəşfiyyatının tapşırıqları ilə dron çəkilişləri həyata keçirən, Fələstin siyasilərinə qarşı psixoloji kampaniya aparan, Suriyadakı durumla bağlı informasiya toplayan şəxslər üçün pul nəqli həyata keçirirmiş. Məlumata görə, o, bu il avqustun 24-də Türkiyə ərazisinə daxil olub. Bundan sonra Türkiyə kəşfiyyatı L.Rexhepi addım- addım izləməyə başlayıb.
Mətləb