“İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir" - Muxtar Babayevdən açıqlama
"Son 10 ildə dünyada dəniz səviyyəsi əvvəlkindən iki dəfədən çox sürətlə qalxıb." Bu fikirləri ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev “İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq”da çıxış edərkən deyib. Onun sözlərinə görə, dəniz səviyyələrindəki bu dəyişikliklər kiçik ada dövlətləri üçün riskdir:
“İqlim dəyişikliyi ilə bağlı fəsadlar tez-tez baş verir. Buna görə də biz COP29-da iqlim dəyişikliyinə qarşı fəaliyyətimizin uğurlu olması üçün Paris Sazişi üzrə əlimizdən gələni etməliyik. Şəffaflıq bu səylərin əsas hissəsidir”.
Mətləb