Cənubi Koreya Teleqram platformasına qarşı ittiham qaldırdı - araşdırma başlayıb
Cənubi Koreya polisi teleqram platformasına qarşı seksual cinayətlərə köməklik və təşviqat ittihamı ilə araşdırma başladıb. Belə ki, istintaqın səbəbi qrup çatları və səkkiz teleqram botu vasitəsilə yayılan kompromat (siyasətdə, siyasətçiyə və ya digər ictimai xadimə mənfi təbliğat, şantaj etmək və ya sadiqliyin qorunması üçün istifadə olunan məlumatlar -red.) materiallarında olan saxtakarlıqlar olub. Polis bildirib ki, bu il avqustun 26-dan 29-a kimi - cəmi üç gün ərzində onlar seksual cinayətlərə dair 88 məlumat alıblar. Artıq 24 şübhəlinin kimliyi müəyyən edilib. Hazırda bu şəxslərin kimliyi açıqlanmır.
Cənubi Koreya Polisinin İstintaq Departamentinin rəhbəri Vu Çonq-sunun qeyd edib ki, teleqramın günahı araşdırma üçün lazım olan məlumatları, məsələn, hesab sahibinin təfərrüatlarını təqdim etməməsidir. ABŞ kimi digər ölkələr də şirkətə qarşı oxşar iddialarla çıxış ediblər. Almaniyada da teleqram polislə kifayət qədər əməkdaşlıq etməməkdə ittiham olunub. Platformanın yaradıcısı Pavel Durov bu yaxınlarda Fransada oxşar ittihamlarla üzləşib.
Mətləb