Kərəm Aktürkoğlu "Benfika"ya keçdi, "Qalatasaray" 12 milyon avro qazandı
İstanbulun "Qalatasaray" futbol klubunun 25 yaşlı forvardı Kərəm Aktürkoğlu komandadan ayrılıb. "Fanatik.com.tr" idman saytının yazdığına görə, dünən milli komandanın düşərgəsini icazəli şəkildə tərk edən Türkiyə millisinin üzvü Portuqaliyaya gedib. Burada "Benfika" klubu 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Portuqaliya klubu artıq futbolçunu transfer etdiyi barədə rəsmi açıqlama yayıb. K.Aktürkoğlunun transfer qiyməti isə 12 milyon avrodur.
Qeyd edək ki, Kərəm Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da forma geyir. Cari mövsüm o, 6 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb