KÖHNƏ VERSİYA            

Ermənistan 10 noyabr sənədindən rəsmi imtinaya hazırlaşır...

Image

Elşən Manafov: “Ermənistan bu layihəsi ilə əslində Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda manipulyasiya edir”

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. O bəyan edib ki, müqavilədəki 17 maddədən 13-ü tam razılaşdırılıb, üçü isə qismən razılaşdırılıb. Lakin o, hansı məsələlərin həll olunmamış qaldığını dəqiqləşdirməyib.

Eyni zamanda, Nikol regional kommunikasiyaların açılması məsələsində Rusiyanın vasitəçiliyi ehtimalını rədd edərək, “bu ölkə Ermənistanı bu məsələdə təxribat törətməkdə ittiham edir ” deyib. Baş nazirin sözlərinə görə, İrəvan kommunikasiyaların bloklanmasında çox maraqlıdır. O, hökumətinin təşəbbüsü olan “Dünyanın kəsişməsi” layihəsini xatırladıb: “Ermənistan rabitəni təmin etməyə hazırdır. Bununla belə, ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü şübhə altına alına bilməz [Ermənistanın bu yollara nəzarəti hər hansı digər ölkəyə, o cümlədən nəzarətə iddialı olan Rusiyaya vermək istəməməsi nəzərdə tutulur] ”.

Paşinyan bəyan edib ki, Ermənistan “Dünyanın kəsişməsi” layihəsini “sabah” həyata keçirməyə hazırdır.

Diqqəti çəkən məqam odur ki, kommunikasiyaların açılmasından söhbət gedəndə Paşinyan 10 noyabr 2020-ci il sənədinə yox, özünün “Dünyanın kəsişməsi” sənədinə əsaslanır. Bu o deməkdir ki, Paşinyan 10 noyabr sənədini artıq tanımır. Kommunikasiyaların açılması ilə bağlı sual verən kimi, 10 noyabr sənədinə yox, Ermənistanın özünün təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsinə müraciət edir. Deyir, artıq Rusiya rəsmiləri də bunu qəbul edirlər. Əgər qəbul olunsa, bu gün açmağa hazıram. Yəni “Zəngəzur dəhlizi”ni özünün “Dünyanın kəsişməsi” əsasında açmaq istəyir, 10 noyabr sənədi əsasında yox. Maraqlıdır,  Ermənistan 10 noyabr 2020-ci il sənədindən imtina etməyə hazırlaşır?

“Gerçək məqsəd dəhlizin 10 noyabr razılaşmasının şərtlərinə nəzərən açılışına yol verməməkdir” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Paşinyan “Dünyanın kəsişməsi” adı altında məlum olan layihəsini ilk dəfə keçən ilin oktyabrında Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan baş nazirlərinin iştirakı ilə keçirilən İpək Yolu ilə əlaqədar Beynəlxalq Forumda irəli sürüb. İlk baxışda bu layihə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılışi ilə bağlı problemlərin həllini özundə ehtiva edən sənəddir. Lakin utopik məzmun və səciyyə təşkil edir. Əvvəla, mürəkkəb coğrafi şəraitdə min kilometrlərlə uzanan avtomobil, dəmir yollarının, nəqliyyat və rabitə xətlərinin çəkilməsini nəzərdə tutur. Digər tərəfdən, layihənin reallaşdırılması üçün maliyyə məsələləri ilə bağlı qeyri-müəyyənlik var. Ermənistanın özünün belə bir layihənin reallaşdırılması üçün maliyyə imkanlarının olmadığı birmənalıdlr. Layihəyə maraq göstərən tərəflərin İran və Hindistan olması maraqlıdır. Ancaq onlar tərəfdən də maliyyə ilə bağlı məsələlər ətrafında susqunluq var. Ermənistan bu layihəsi ilə əslində Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda manipulyasiya edir. Gerçək məqsəd dəhlizin 10 noyabr razılaşmasının şərtlərinə nəzərən açılışına yol verməməkdir. Rusiyanı dəhlizlə bağlı danışıqlardan kənarda tutmaqdır ki, bu da ilk əvvəl Paşinyanın öhdəliklərlə bağlı olduğu Qərbin maraqlarına cavab verən tendensiyadır. Paşinyan Qara dənizlə Fars körfəzi arasında kommunikasiya xətlərinin qurulması, dəhlizin rentabelliyinin təmin edilməsi ilə bağlı hadisələrə cəlb edilib. Məqsəd isə Rusiyanı bu proseslərdən kənarda tutmaqdır. Azərbaycanın mövqeyi budur ki, əvvəla Rusiyanı regionla bağlı layihələrdən kənarda tutmaq dəhlizlərin, kommunikasiya xətlərinin rentabelliyi, təhlükəsizliyi ilə bağlı bir çox suallar doğurur və məqbul deyil. Digər tərəfdən, Paşinyanın layihəsi dəhlizlər və kommunikasiyalar ətrafında dövlətlərin "suverenliyi prinsipini" ehtiva edir ki, bu da Azərbaycan tərəfi üçün Naxçıvanla birbaşa və maneəsiz əlaqələrin qurulmasında məqbul variant deyil. Zira Zəngəzur dəhlizi üzərində Ermənistanın yurisdiksiyasının qurulması deməkdir. Bu isə indiki reallıqlar şəraitində maraqlarımıza cavab verən hal deyil. Bütövlükdə, suverenlik yurisdiksiyası ABŞ-ın layihəsidir və dəhliz ətrafından Rusiyanın geri çəkilməsinə hesablanıb”.

Vidadi ORDAHALLI







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031