Rusiyada daha bir general həbs edildi...
Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanova qarşı “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açıb.
Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Mumindjanov iş adamlarından qoşunları geyim forması ilə təmin etmək üçün 20 milyon rubl məbləğində rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
İstintaq Komitəsi qeyd edib ki, Mumindjanov hazırda həbsdədir və barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
İstintaq zamanı Mumindjanovun və onun ailə üzvlərinin Moskva və Voronejdə dəyəri 120 milyon rubldan çox olan çoxsaylı daşınmaz əmlaka sahib olduqları müəyyən edilib, onların əldə edilməsinin qanuniliyi ilə bağlı araşdırma aparılır”, - deyə idarədən bildirilib.
TAHİR