"Ermənistanın dövlət mənafeləri ləğv edildi"- Paşinyan araşdırma başlatdı
Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında “Ermənistanın Dövlət Maraqları Fondu”nun ləğvi ilə bağlı sualı cavablandırarkən sərt fikirlər səsləndirib. O, tədqiqatların nəticələrinin bir çox suallara cavab verəcəyinə ümid etdiyini bildirib. “Bildiyim qədər bu faktla bağlı cinayət işi açılıb. Səhv etmirəmsə, artıq cinayət işi başlanıb, o cümlədən mənim göstərişimlə başlanmış daxili araşdırma nəticəsində. Narahatlığımı bölüşəcəyəm, inanıram ki, tezliklə cavab alacağıq”, - Paşinyan qeyd edib.
Mətləb Salahov