"Parlament seçkilərində yüksək seçici fəallığı müşahidə etdik" - ICAAP
Sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində yüksək seçici fəallığı müşahidə etdik.
Trend xəbər verir ki, bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAAP) rəhbəri İbrahim Halil Korkmaz deyib.
“Azərbaycanın Milli Məclisində 125 millət vəkilinin seçimini yaxından izləməkdən məmnun olduq. Seçkilər demokratiyanın həyat qaynağıdır. Azərbaycan xalqını alnıaçıq çıxdığı seçkilər münasibətilə təbrik edirik.
Bu seçkilərin çox önəmli özəlliyi var. Belə ki, azad olunan ərzilərdə 54 seçki məntəqəsi təşkil edilib və bu ərazilərdə ilk dəfə parlament seçkilərində səsvermə baş tutub.
Bu, bizim qürur duymağımıza vəsilə oldu. Qardaş Azərbaycan xalqı azad olunan ərazilərdə yüksək fəallıq nümayiş etdirdi. Seçim günü səsvermənin başlaması ilə iki qrup şəklində fərqli bölgələrdə 16 məntəqədə müşahidələr apardıq. Seçkilərdə hər şeyin əskiksiz olduğunu gördük. Yüksək seçici fəallığı müşahidə etdik. Seçkilər zamanı heç bir problem, qayda pozuntusu müşahidə edilməyib”, - deyə o bildirib.