Avropalılar təşvişdədir - qazın qiyməti durmadan artır...
Yay aylarında Avropada qazın qiyməti 16 faiz artaraq min kubmetr üçün təxminən 449 dollara çatıb. Bu rəqəm London ICE birjasının məlumatlarında yer alıb. Qiymət artımına təsir edən əsas amillər Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu fonunda bu ölkənin ərazisindən qaz tranziti ilə bağlı yaranmış vəziyyət, isti hava və tədarükün Asiyaya yönləndirilməsi olub.
Əgər mayın 31-də qazın min kubmetri 388 dollar civarında satılırdısa, avqustun 30-da qiymət 16 faiz bahalaşaraq 449 dollara yüksəlib.
Mətləb