"Azərbaycanda keçirilən parlament seçkilərində demokratiya olduğunu müşahidə etdik" - türkiyəli deputat
"Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan parlamentinin yeni tərkibinin daha böyük nailiyyətlər qazanacağına inanıram." Bu barədə Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Abdulkadir Emin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, seçkilər dinc şəraitdə baş tutub: "Azərbaycanda keçirilən parlament seçkilərində demokratiya olduğunu müşahidə etdik. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni tərkibli parlamentinin daha böyük nailiyyətlərə imza atacağına inanıram. Gələcəkdə də Türkiyə və Azərbaycan arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümidvarıq".