Seçkilər şəffaf, demokratik şəkildə keçirilib" - İƏT nümayəndəsi
"Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində yaşlıların, sağlamlığı məhdud olan şəxslərin səsverməsi üçün şərait yaradılaraq islami əxlaqa da riayət olunub."
Bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Katibliyinin əməkdaşı Məhəmməd Əl-Hafed Maham deyib. "Azərbaycan xalqını demokratik şəkildə keçirilən parlament seçkiləri münasibətlə təbrik edirəm. Seçki prosesini izlədiyimiz məntəqələrdə problem müşahidə etmədik. Seçkilər şəffaf, demokratik şəkildə keçirilib", - o vurğulayıb.
Mətləb