"Təbliğat kampaniyası zamanı yaradılan mühit seçkilərin demokratik keçirilməsinin qarantı oldu" - DİP bəyanat yaydı
Növbədənkənar parlament seçkilərində təbliğat kampaniyası zamanı yaradılan təhlükəsiz mühit seçkilərin demokratik və sərbəst şəkildə keçirilməsinin ilkin qarantı oldu. Bu barədə Demokratik İslahatlar Partiyasının (DİP) bəyanatında deyilir. Qeyd edək ki, 5 namizədlə seçkilərə qatılan partiyanın sədri Asim Mollazadə Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə əsasən liderlər sırasındadır.
“Səsvermə günü beynəlxalq müşahidəçilərlə birgə apardığımız müşahidələr seçkilərin qanunauyğun və azad rəqabət mühitində keçirildiyini sübut etdi. Partiyamız namizədlərin təbliğat və təşviqat kampaniyası üçün yaradılan şəraiti demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirir”, - bəyanatda deyilir.
Mətləb