Makron bunu da eşitdi - "Çolaq ördək"...
"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib. A. Quliyev yazır:
"Dünyanın ən məşhur telekanalı " Evronyus " Fransa prezidenti Makronu " çolaq ördək" adlandırdı." Bir vaxtlar Avropanın ən uzaqgörən liderlərindən biri hesab olunurdu.Ancaq son 3 ayda silsilə məğlubiyyətlər yaşadı. Avroparlament seçkilərini uduzdu, öz ölkəsinin parlament seçkisini uduzdu, 1 aydan çoxdur ölkəsinə baş nazir təyin edə bilmir.Bütün proqnozlara görə əgər o vaxta kimi istefa verməsə, impiçment olunmasa, 2027- ci ilin prezident seçkilərində də rüsvayçılıqla məğlub olacaq. Həqiqətən " çolaq ördəyə " dönüb.
Almaniyanın sabiq kansleri Angela Merkellə çox çalışdılar ki, ABŞ- ın Avropada və Avroatlantik məkanda hərbi, siyasi, iqtisadi üstünlüyünü zəiflətsinlər.Amerika onların " 2- sini " də " yedi"...."
Mətləb