Azad ərazilərdə seçici fəallığı - Xankəndidə 43 faizə çatır...
Bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı məlum olub.
Bunu brifinqdə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib.
O bildirib ki, azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 34,27,%
119 saylı Ağdam - 34,12%
120 saylı Cəbrayıl-Qubadlı - 40,3%
121 saylı Laçın - 33,78%
122 saylı Xankəndi - 42,75%
123 saylı Kəlbəcər - 32,03%
124 saylı Şuşa-Ağdam-Xocavənd - 36,39%
125 saylı Zəngilan-Qubadlı - 39,73%.
Səs vermiş seçicilərin sayı isə 1893555 nəfərdir.
ZÜMRÜD