Paşinyan Putinin vasitəçilik təklifini açıq - aşkar rədd etdi..
"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransında söylədikləri barədə maraqlı paylaşım edib. A. Quliyev yazır: "Paşinyan bu günkü mətbuat konfransında Putini əməlli başlı ələ saldı. Məqamlara baxaq.
1.Paşinyan dedi ki, hazırda Azərbaycanla ikitərəfli təmaslar davam edir, bu ən yaxşı formatdır və son söhbətimizdə Putinə elə bu cür də dedim.
Bu nə deməkdir? Geniş şərhsiz gün kimi aydındır ki, bir neçə gün əvvəl telefon danışığında Putin Azərbaycanla normallaşma prosesində vasitəçilik təklif edib və Paşinyan yuxarıda dediyim cavabı verib. Yəni Putinə anlatmaq istəyib ki, sizin vasitəçiliyinizə ehtiyacım yoxdur.
2.Paşinyan dedi ki. KTMT- də fəaliyyətimizi dondurmuşuq, bu hələlik kifayətdir və başqa qərara zərurət yoxdur, lakin elə ola bilər ki, zərurət yarana bilər. Paşinyan burada demək istəyir ki, Ermənistanın KTMT ilə münasibətlərini Putin yox, mən idarə edirəm.
Nəticəni siz də çıxarın...."
Mətləb