"Aİ-nin Ermənistandakı missiyası kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur" - Rusiya səfiri
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycan, İran və Rusiyaya qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Trend xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
O qeyd edib ki, Kanadadan olan “mütəxəssisin” də cəlb edilməsindən sonra bu missiya faktiki olaraq naməlum niyyəti olan NATO əməliyyatına çevrilib.
Rusiyalı diplomat qeyd edib ki, missiyanın qapalı və nə Ermənistan, nə də Azərbaycana tabe olması onun Qərbin hibrid müharibə aləti olduğunu təsdiq edir.