Lukaşenko Ukraynaya barmaq silkələdi - ölkədən kənarda döyüşməyəcəyik, ancaq bizə hücum olsa…
Belarus prezidenti Aleksandr Lukaşenko yalnız ölkələrinə hücum olacağı təqdirdə döyüşəcəklərini və ordunun ölkəni tərk etməyəcəyini bəyan edib.
Belarus ordusunu sərhəddən kənara döyüşə göndərməyəcəklərini ifadə edən Lukaşenko, “Ölkəmizi tərk etmək əmri olmayıb və olmayacaq. Yalnız bizə pis niyyətlə gəlsələr, döyüşəcəyik" deyib.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhəddə əsgər və texnika topladığını bəyan edərək, sərhəd pozulacağı təqdirdə Belarusun bütün hərbi hissə və obyektlərinin hədəfə çevriləcəyi barədə xəbərdarlıq edib.
Digər tərəfdən, Belarus Müdafiə Nazirliyi isə avqustun 26-da keçirilən təlim üçün Rusiyaya raket və artilleriya birləşmələrinin göndərildiyini bildirib.
TAHİR