Naxçıvan Beton Məmulatları zavodunda küllü məbləğdə mənimsəmə olub...
Muxtar respublikanı beton və beton məmulatları, bəzi tikinti materialları ilə təmin edən bu böyük müəssisə Vasif Talıbovun " vurulmasından" sonra yeni görkəmdə fəaliyyətini qurmuş böyük müəssisələrdən biridir.Vasif Talıbovdan sonra bu müəssisənin də sahibi və rəhbərliyi dəyişdirilib. Yəni Naxçıvanın "əl dəyişdirmiş" müəssisələrindən biri də budur.Yerli mənbələrin məlumatına görə zavodun hazırkı rəhbərliyi ilə sahibkarların arasında ciddi problem yaranıb. Səbəb isə odur ki, zavodun rəhbərliyinin etibar edildiyi şəxslər sahibkarı aldadaraq külü miqdarda yeyintiyə yol veriblər və daxili yoxlamalar nəticəsində çox ciddi faktlar ortaya çıxıb.Mənbə küllü yeyinti faktlarının prokurorluğa təqdim edilə biləcəyini də istisna etmir .
Mənbələr bildirir ki, mənimsənilmiş vəsait zavodun əsil sahiblərinin istehsalı daha da gücləndirmək və genişləndirmək üçün yatırım etdiyi pullardı.Məlumatlarda o da deyilir ki, son vaxtlar zavodun məhsuldarlığında ciddi durğunluq və geriləmələr müşahidə olunur.Sahibkarları şübhələndirən də elə bu olub ki, " uzun müddətdən bəri qoyulan küllü vəsait niyə gözlənilən mənfəəti vermir?!"..
Mövzuya qayıdacağıq.
Əli Turabov