KÖHNƏ VERSİYA            

Hindistan Azərbaycana münasibətini dəyişmək zorundadır - xəbərdarlıq...

Image

Yeni Dehli bu ilin payızında baş tuta biləcək Hindistan və Mərkəzi Asiya dövlətləri liderlərinin ikinci sammitinə ev sahibliyi etməyə hazırlaşır. Görüş Hindistanın Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsində mühüm addım ola bilər. 

Yeni Dehlidə keçirilməsi nəzərdə tutulan sammit ərəfəsində avqustun 28-də Mərkəzi Asiya Xarici İşlər Nazirliyi rəhbərlərinin iştirak etdiyi iki günlük təhlükəsizlik konfransı başlayıb. Burada Avrasiyada beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına, Şimal-Cənub dəhlizinə və Çabahar limanına xüsusi diqqət yetirilir.

Bundan başqa, Hindistan ekstremizm və terrorizmin Əfqanıstandan Mərkəzi Asiyaya yayılması təhlükəsindən narahatdır. Çünki Əfqanıstanla həmsərhəd olan Özbəkistan, Tacikistan və Türkmənistan Hindistan üçün regionda mühüm tərəfdaş olduğu üçün bu təhlükə birbaşa Yeni Dehliyə təsir edir. Son iki ildə üç Mərkəzi Asiya ölkəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin imkanlarından fəal istifadə edərək, İranın Çabahar limanı vasitəsilə Hindistana mal göndərir. O, Orta Asiya ölkələrinə Hind okeanına çıxışı təmin edir. Hindistan artıq Çabahar və digər Hindistan limanları arasında gəmiçilik marşrutlarını işə salıb, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini fəal şəkildə inkişaf etdirir. Təxminən 7200 kilometr uzunluğunda olan bu irimiqyaslı layihə Hindistanı İran və Mərkəzi Asiya ölkələri vasitəsilə Rusiya ilə birləşdirməyə hesablanıb, Süveyş kanalı vasitəsilə ənənəvi dəniz marşrutu ilə müqayisədə yükdaşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaldır. Hindistan isə təbii ehtiyatların alışını artırmağa çalışır. bunun üçün əsas baza Rusiya və Mərkəzi Asiyadır. Amma indiki vəziyyətdə Hindistanın Azərbaycanın tranzit imkanlarına da böyük ehtiyacı yaranır. Xüsusən də Rusiyadan məhsulların idxalında Azərbaycandan keçən Şimal-Cənub dəhlizinə böyük ehtiyac var. Perspektivdə Mərkəzi Asiyadan idxalda da Azərbaycan amili önə çıxacaq. Xüsusən də türk birliyi və Mərkəzi Asiya ölkələrinin Azərbaycandan keçən dəhlizlərə qoşulması fonunda bu məsələ daha da aktuallaşır. O səbəbdən hesab edilir ki, Hindistanın artıq Azərbaycanla bağlı siyasətini korrektə etməsinə ciddi ehtiyac var. Elə Yeni Dehlidə keçiriləcək konfransda nəqliyyat dəhlizlərindən istifadənin daha da optimallaşdırılması, logistika və infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunacaq. Buna görə də Hindistan Mərkəzi Asiyada diplomatik səylərini fəal şəkildə artırır. Rus ekspert Aleksandr Vorobyovun fikrincə, çoxvektorlu olmağa meylli olan Mərkəzi Asiya dövlətlərinin siyasətinə indi dünyada xüsusi diqqət var: “Bunun arxasında müxtəlif təsir mərkəzlərindən resurslar və dəstək almaq istəyi dayanır. Bu gün Mərkəzi Asiya dövlətləri üçün öz siyasətlərinin Qərb vektorunu inkişaf etdirməyin bir qədər çətinləşməsinə baxmayaraq, heç kim çoxvektorluq ideyasından əl çəkməyib. Bu gün Körfəz ölkələri, Türkiyə, Yaponiya və təbii ki, Hindistana daha çox diqqət yetirilir. Sonuncu bir sıra sahələrdə inkişaf etmiş iqtisadiyyata malikdir və getdikcə Çinə meylli olan regionda təsirini saxlamaq üçün Mərkəzi Asiya ölkələrinə siyasi və iqtisadi kapital yatırmağa hazırdır”.

“Şərq-Qərb Strategiyası” analitik mərkəzinin baş direktoru Dmitri Orlovun sözlərinə görə, Hindistanın Mərkəzi Asiyadakı fəaliyyəti ən azı onu göstərir ki, bu dövlət Rusiya, Çin, ABŞ, Aİ, İngiltərə, Türkiyə və digər dövlətlərlə yanaşı regiona təsir etmək istəyir. Lakin regiona birbaşa çıxışı olan yalnız Rusiya, Çin və İrandır: “Hindistan da daxil olmaqla, bütün digər ölkələrin bu üstünlüyü yoxdur”. Ekspert xatırladıb ki, Hindistan regionda 2012-ci ildən, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığa yönəlmiş “Mərkəzi Asiyanı birləşdir” proqramının yaradıldığı vaxtdan fəaliyyət göstərir: “Lakin bu proqram səmərəli işləmir. 2015-ci ildə bütün Orta Asiya ölkələrinə səfər edən Hindistanın baş naziri Narendra Modi tərəfindən proqram sürətləndirilib. Bundan sonra xarici işlər nazirlərinin və iş adamlarının görüşləri keçirilməyə başlandı. Bəzi irəliləyişlərə baxmayaraq, Hindistan və Mərkəzi Asiya arasında münasibətlər hələ də inkişaf etdirilməlidir. Hindistan və Mərkəzi Asiya arasında ticarətin böyüməsinə quru dəhlizinin olmaması mane olur. Çünki hər şey Hindistana tam dost olmayan Əfqanıstana düşür”. Bunlar fonunda “Şimal-Cənub” dəhlizi Hindistan üçün həyati önəm kəsb edir. Qeyd edək ki, “Şimal-Cənub” dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu istismara verildikdən sonra yükdaşımaların həcmi daha da artaraq tranzit ölkələrin gəlirlərinin də çoxalmasına səbəb olacaq. Yüklərin Hindistanın Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir. Rəşt–Astara hissəsində isə işlər davam edir. Bu yol hazır olduqdan sonra isə Sankt-Peterburqdan çıxan yüklər qatarlar vasitəsilə Azərbaycan və İran ərazilərindən tranzit keçərək Hindistana və Körfəz ölkələrinə çatdıracaq. Bunu Hindistanda da nəzərə alırlar.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

20.12.2024 | 16:25
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edildi

20.12.2024 | 16:24
Ramil Rzayev Azərbaycanın İndoneziyada səfiri təyin edildi

20.12.2024 | 16:23
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırıldı

20.12.2024 | 16:20
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edildi

20.12.2024 | 16:14
Adış Məmmədov Azərbaycanın Qətərdəki səfiri təyin edildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031