Azərbaycan cüdoçusu ikiqat dünya çempionu olub
Azərbaycan cüdoçusu Nihad Məmişov Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. Belə ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Monqolustan təmsilçisinə ipponla qalib gəlib. Beləliklə, o, ikinci dəfə mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
50 kiloqramda mübarizə aparan Məhəmmədəli Hüsiyev isə dünya üçüncüsü olub.
Mətləb Salahov