KÖHNƏ VERSİYA            

Gürcüstan növbəti “rəngli inqilab” üçün hədəf seçilib...

Image

ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır. Belə bir açıqlama ilə Rusiya Xarici Kəşfiyyat Xidməti çıxış edib. 

Məlumatda bildirilir ki, “rəngli inqilab” üçün zəmin də hazırlanır: “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək”. Həmçinin, ABŞ hakim “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır. Xatırladaq ki, son dövrlərdə Gürcüstanın Qərb ölkələri, o cümlədən də ABŞ-la münasibətləri xeyli pisləşib. Parlamentin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi, ABŞ başda olmaqla, Qərblə Gürcüstan arasında münasibətləri daha da gərginləşdirib. Birləşmiş Ştatların bu ölkəyə yardım məqsədilə ayırdığı 95 milyon dollardan artıq maliyyə yardımını dayandıraraq o vəsaiti qeyri-hökumət təşkilatlarına verəcəyi bildirilir. ABŞ-nin dövlət katibi Entoni Blinken rəsmi Tiflisi antidemokratik fəaliyyət göstərməkdə və yalan açıqlamalar verməkdə ittiham edib. Bu arada, Gürcüstanda ziddiyyətli “Xarici təsirin şəffaflığı haqqında” qanun qüvvəyə minsə də, ona heç də hər kəs əməl etmir. Qanuna əsasən, maliyyəsinin 20 faizdən çoxunu xaricdən alan QHT və media qurumlarına bu bazada qeydiyyatdan keçmək üçün bir ay vaxt verilib. Tiflisdə yerləşən Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti  də tələbə əməl etməlidir. Bu seçki monitorinqi qrupu, demək olar, bütün maliyyəsini Qərb donor qurumlarından – Avropa İttifaqından, ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID), Vaşinqtonda yerləşən Milli Demokratiya Fondundan və müxtəlif Avropa dövlətlərinin səfirliklərindən alır. Ancaq qurum məlumat bazasında qeydiyyatdan keçmir. Gürcüstanda 400-dən çox təşkilatla birlikdə onlar da vətəndaş itaətsizliyi aktı olaraq ictimai şəkildə yeni qaydaya tabe olmurlar. Təşkilat öz açıq məktubunda bununla bağlı yazır: “Rus qanunu” bizim ölkəmizdə işləməyəcək! O bizim heç birimizin əməl etməyəcəyimiz tanınmamış sənəd olaraq qalacaq!”. İddia olunur ki, bir çoxları bölgədə ilk dəfə 2012-ci ildə Rusiyada qəbul edilən bu cür qanunun Gürcüstanı da bənzər duruma sala biləcəyindən rahatsızdır. Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyətinin proqram meneceri İrina Mamulaşvili qeyd edir: “Biz bu ssenarini Rusiyada görmüşük və onun hara apardığını bilirik”. 

İstər hakim “Gürcü arzusu” partiyası, istərsə də müxalifət bu qanunun qəbulunu ölkə siyasətində dönüş nöqtəsi sayır. Bu ilin yazında qanunu nəhəng küçə etirazları fonunda qəbul edən “Gürcü arzusu”na görə, bu qanun dövlətin suverenliyinin xarici donorlar və onların yerli “agent”lərindən qorunması üçün qaçılmazdır. Müxalifətin və iri QHT sektorunun fikrincə, sözügedən qanun hakim partiyanın daha böyük güc ələ keçirməsi məqsədi güdən və ölkəni avtoritar, antiqərb istiqamətində aparan addımdır. Tam açıq şəkildə qanuna tabe olmaqdan boyun qaçıran QHT-lər bilgi bazasında qeydiyyatdan keçməsə, ağır cərimələrlə üzləşəcək. Onların bu cərimələri necə ödəyəcəyi də tam aydın deyil. Ancaq onlar oktyabrın 26-na planlaşdırılan parlament seçkilərinədək ayaqda qalmağa ümid bəsləyirlər. Müxalifət, qalib gələrsə, qanunu ləğv edəcəyinə söz verib. Ancaq müxalifət qalib gəlməzsə, təşkilatların gələcəyi sual altında qalacaq. Mamulaşvili bildirir: “Bizim öncəliyimiz bu seçkilərədək bir şəkildə salamat qalmaqdır. Seçkilərdən sonra isə, düzü, nə edəcəyimizi bilmirik”. “Gürcü arzusu”nun liderləri iddia edirlər ki, qeydiyyatdan keçməmələri həmin təşkilatların gizlətməyə çalışdığı sirlərinin olmasından xəbər verir. Hakim partiya qeydiyyatdan keçməyəcəyini bəyan edən 474 təşkilatın ictimaiyyətə açıq bilgilərinə dair hesabat yayıb. Parlamentin spikeri Şalva Papuaşvili  deyib ki, təşkilatların 80 faizi qrantlarının həcmini, 70 faizi də donorlarının kimliyini açıqlamayıb: “Bu onu sübut edir ki, onların şəffaflıq qanununa dirənişi damğalanma məsələsi deyil, maliyyənin necə xərcləndiyini gizlətmək məsələsidir”. Partiya rəsmiləri bu itaətsizliyi təşviq etməkdə QHT-lərin Qərb donorlarını da günahlandırıblar.  Donorlar və onların Gürcüstanda qrant verdiyi qurumlar iddia edir ki, danışığın şəffaflıq ətrafında qurulması əsas məsələlərdən diqqəti yayındırmaq üçündür və ən iri qurumlar maliyyələri haqda informasiyanı öz səhifələrində açıq yerləşdirir. Yeni prosedurlarla bağlı tələb olunan sənəd işlərinin həcmi də narazılıq yaradır.  Doldurulmalı olan formalarda təşkilatın xərclərinin hər biri, o xərclə bağlı şəxslərin adı, şəxsi identifikasiya nömrəsi və bank detallarınadək bütün bilgilər qeyd edilməlidir. Bütün mühasibat məlumatları retroaktiv olaraq ötən il üçün də doldurulmalıdır. Qərb donor təşkilatının əməkdaşlarından biri məsələ ilə bağlı bildirib: “Formaların detallılıq dərəcəsi diqqətə alınsa, bunun özəlliklə qoyulan vaxt limiti çərçivəsində nə qədər mümkünlüyü ilə bağlı ciddi suallar doğur. Tələb olunan detallılıq səviyyəsi əziyyət verməyə bərabərdir”. Neçə təşkilatın qeydiyyatdan keçmək niyyətində olduğu bilinmir. Qanuna tabe olmamağı seçən qurumların strategiyası da aydın deyil. Onlardan bəziləri açıq şəkildə qanuna dirənməyi seçdiyi halda, digərləri öz qanuni qeydiyyatlarını xaricə köçürərək oradan işləməyə davam etmək haqda düşünür. Bu halda onlar Gürcüstanda qanuni qeydiyyatdan keçmədən fəaliyyət göstərə biləcəklərinə ümid bəsləyir. Bütün bunlar parlament seçkiləri fonunda həqiqətən də gərgin aksiyaların və etirazların olacağını göstərir. Gürcüstanın baş naziri İrakli Kobaxidze isə bildirib ki, parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” və “Vahid Milli Hərəkat”ın düşəcəyini proqnozlaşdırır: “Vahid Milli Hərəkat” müxalifət partiyasının deputatlarının mandatları ləğv olunarsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlamentin birpartiyalı ola biləcəyi istisna deyil. Bu gün Moldova parlamenti praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır. Ancaq hər kəs bunu alqışlayır. Eynisi Gürcüstanda da olacaq”.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031