KÖHNƏ VERSİYA            

Cənubi Qafqazda kommunikasiyaların açılması dünyanın işinə çevrildi...

Image

“Azərbaycan və Rusiyanın regionda kommunikasiyaların inkişafında maraqlı olmasından danışarkən Şimal-Cənub nəqliyyat dəhlizi mövzusunu nəzərdən qaçırmaq olmaz. Bu dəhliz sayəsində Hindistan və Çin öz yüklərini Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya daşıya biləcəklər. Layihənin əsas üstünlüyü yükdaşıma vaxtının yarıdan çox azaldılmasıdır”. Belə br açıqlama ilə rusiyalı ekspert Stanislav Pritçin çıxış edib.

O qeyd edir ki, dünyada mövcud vəziyyət fonunda əsas mərkəzi Azərbaycan olan nəqliyyat marşrutlarının əhəmiyyətini qiymətləndirmək zəruridir: “Azərbaycan bu istiqamətdə bir sıra mühüm addımlar ataraq Şimal-Cənub marşrutunun təşviqində mühüm rol oynayır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb. Şimal-Cənub dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün razılaşmaları yerinə yetirib və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan Qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə, təbii ki, bu, tranzit potensialını artırmaq və ondan istifadə etmək imkanıdır”. ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl qeyd edir ki, Rusiya rəhbərliyi indiki kursunu davam etdirmək istəyirsə, Qafqaz, Mərkəzi Asiya və ya Xəzər dənizindən keçən Şimal-Cənub dəhlizi üzrə əlaqələrinin davam etdiyinə əmin olmalıdır: “Çünki Rusiyaya İrana və onu təchiz edəcək digər ölkələrə çıxış lazımdır. Buna görə də cənab Putinin Azərbaycana səfəri zamanı birinci prioriteti bu dəhlizin açıq qalmasını təmin etməyə çalışmaq oldu. İkincisi, məncə aydındır ki, Azərbaycan və Ermənistan 30 illik münaqişənin həlli ilə bağlı razılaşmaya yaxınlaşdığı vaxt Moskvanın Cənubi Qafqazda təsir rıçaqları xeyli azalıb. Moskva Bakı ilə İrəvan arasında gərginlikdən öz maraqlarını təmin etmək üçün həmişə istifadə edə bilərdi. Bu, artıq belə deyil və buna görə də cənab Putin aşkar şəkildə vəziyyətdən istifadə edərək, iki ölkə arasında daha güclü olan Azərbaycana dəstək nümayiş etdirməyə çalışır. Düşünürəm ki, biz Moskvanın Bakıya daha çox diqqət yetirdiyini görəcəyik, çünki bir neçə il əvvəl çox müdrik azərbaycanlı şərhçinin dediyi kimi, Moskva üçün Cənubi Qafqazda Gürcüstan bir alət, Ermənistan vasitə, Azərbaycan isə mükafatdır və Putin birtəhər parçaları yığmağa çalışır”. 

Paul Qobl qeyd edir ki, indiki halda regionda kommunikasiyaların açılması dünyada xüsusi diqqət mərkəzindədir: “Gəlin açıq deyək: bir neçə il əvvəl 44 günlük müharibədən sonra qəbul edilən bəyannamədə onun əsas prinsipi kimi təkcə işğala, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması deyil, həm də hər bir ölkədən digər ölkənin istifadə edə biləcəyi tranzit yollarının açılması qeyd olunurdu. O vaxtdan bəri danışıqlar davam etdikcə, həm Bakı, həm də İrəvan bu yaxınlarda nəqliyyat marşrutlarının açılması ilə bağlı hər hansı bir məsələnin daxil edilməsi qərarından imtina etdilər, ona görə ki, onların bildirdiyinə görə, onlar bu məsələdə irəliləyişə nail ola bilmirlər”. Bununla belə, ekspert kommunikasiyaların açılması üçün böyük güclərin daha aktiv fəaliyyətə keçdiklərini bildirir. Türkiyəli analitik Mehmet Ali Güller də məsələyə bu prizmadan yanaşır: “Moskva Qərbin Rusiya Federasiyasından yan keçən nəqliyyat dəhlizləri yaratmaq planlarını məhv etməyə çalışır. Elə prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində bu yaxınlarda Bakıda müzakirə edilən Şimal-Cənub dəhlizi ideyası da məhz buna yönəlib”. Güller ən yüksək səviyyədə Azərbaycan-Rusiya danışıqlarının nəticələrinin təkcə regiondakı şəraitə deyil, həm də Avrasiya məkanındakı vəziyyətə təsir edəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, bu gün Avrasiya regionunda nəqliyyat və logistika dəhlizlərinin “müharibəsi” gedir: “ABŞ-ın siyasətindən fərqli olaraq, müxtəlif güclər, o cümlədən Rusiya və Çin Avrasiyada ticarət yolları ilə bağlı öz konsepsiyalarını hazırlayır”. Güller, buna misal olaraq, Pekinin “Bir kəmər, bir yol” layihəsini, Türkiyə-İraq İnkişaf Yolu təşəbbüsünü və Şimal-Cənub dəhlizini göstərib: “İlk baxışda, bu ideyalar bəzi hallarda bir-birinə zidd görünə bilər, lakin strateji kontekstdə biri digərini tamamlamaq və son nəticədə bütün iştirakçı ölkələrin inkişafına töhfə vermək potensialına malikdir”. Analitik hesab edir ki, Avropa və Asiya ölkələri üçün ən sərfəli variant bütün ticarət yollarını Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birləşdirmək olardı. İndilikdə görünən odur ki, çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regional, həmçinin qlobal səviyyədə bir çox layihələrin açar ölkəsinə çevrilib. Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirmək və mövcud şəraitdən bəhrələnmək, yeni dividendlər qazanmaq istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Bundan başqa, xüsusi qeyd olunmalıdır ki, Şimal-Cənub marşrutu Azərbaycan, İran və Rusiya ərazilərində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzit və iqtisadi potensialının gücləndirilməsinə xidmət edəcək, beynəlxalq yüklərin bu istiqamətə daha çox miqdarda axınına təkan verəcək. Qeyd edək ki, Şimal-Cənub dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu istismara verildikdən sonra yükdaşımaların həcmi daha da artaraq tranzit ölkələrin gəlirlərinin də çoxalmasına səbəb olacaq. Yüklərin Hindistanın Mumbay limanından İranın Çabahar limanına, oradan isə Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulub. Bu yolun Qəzvin-Rəşt hissəsi artıq fəaliyyət göstərir. Rəşt–Astara hissəsində isə işlər davam edir. Rusiya dəmir yolunun Rəşt-Astara (İran)-Astara (Azərbaycan) hissəsinin tikintisi üçün İrana 13,5 milyard avro güzəştli kredit ayırıb.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031