KÖHNƏ VERSİYA            

Ermənistan Rusiyadan ayrılsa, iqtisadi fəlakətə düşəcək?...

Image

“Yuxarı Lars” keçid məntəqəsi ətrafında baş verənlər Ermənistanın Azərbaycan və Türkiyənin tranzit imkanlarına nə qədər ehtiyac duyduğunu bir daha təsdiqləməkdədir. 

Hazırda görünən budur ki, Kreml İrəvanı ilk olaraq iqtisadi müstəvidə cəzalandırmağa başlayıb. Elə bu fonda da “Yuxarı Lars” keçid məntəqəsi bağlanıb.

Hazırda baş verənlər Ermənistanda fəlakət kimi qəbul olunur. Ermənistanın “Apaven” nəqliyyat-logistika şirkətinin direktoru Qagik Ağacanyan bildirir ki, “Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir: “Yuxarı Lars” keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz. Bu bir simvoldur. “Yuxarı Lars” keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir, çünki başqa yerlərdə çətin tapılan mallar Rusiyadan Ermənistana gəlir. Ermənistana taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Siyasətçilər təsərrüfat subyektlərinin fəaliyyətinə qarışıb, “Yuxarı Lars” keçid məntəqəsini bağlamağa hazırlaşdıqlarını deməsinlər. Sahibkarlıq subyektləri bu işi necə təşkil etməyi və maksimum gəlir əldə etməyi daha yaxşı bilir”. Ağacanyanın sözlərinə görə, son illər aviadaşıyıcılar Ermənistan hökumətinin üzvləri və prezidenti ilə cəmi dörd dəfə müzakirələr aparıblar: “Bəzən bu müzakirələr öz bəhrəsini verir, lakin biz siyasətçilərə kortəbii şəkildə müəyyən bəyanatlar verməyi qadağan edə bilmərik”. Qeyd edək ki, Rusiya artıq bir həftədir Ermənistandan gedən və kənd təsərrüfatı məhsulları daşıyan yük maşınlarının “Yuxarı-Lars” keçid məntəqəsindən keçməsinə qadağa qoyub. Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Ermənistandan gül və meyvə-tərəvəz məhsullarının bir hissəsinin ölkəyə keçidinə icazə verməyib. Bildirilib ki, həmin məhsullarda zərərli orqanizmlər və pestisidlər aşkarlanıb. Ümumiyyətlə, “Rosselxoznadzor” Ermənistandan bitkiçilik məhsullarının tədarükü zamanı pozuntuların tez-tez baş verməsindən narahatlığını bildirib. Agentliyin saytında qeyd edildiyi kimi, 2023-cü ildə “Rosselxoznadzor”un ərazi idarələri Ermənistan Respublikasından gələn gül və meyvə-tərəvəz məhsullarında karantin tətbiq olunan zərərvericilərin aşkarlanması ilə bağlı 72 fakt müəyyən edib. Eyni zamanda, noyabr ayında qanun pozuntularında kəskin artım qeydə alınıb - təkcə noyabrın 24-dən 26-dək Rusiyaya çirklənmiş gül, xiyar, quru meyvə, üzüm, gül kələm, pomidor, bibər, badımcan, alma idxal edilməsi ilə bağlı 36 fakt üzə çıxıb. Bu fonda da Ermənistana aid təxminən 1 700 yük avtomobili “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə Gürcüstan-Rusiya sərhədindən keçmək üçün gözləyir.  Bunlar fonunda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, Rusiya və Ermənistan “Yuxarı Lars” keçid məntəqəsindəki vəziyyəti müzakirə edəcək. Nazir deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin təcili iclasını çağırıb. İclasda “Yuxarı Lars” keçid məntəqəsində yaranmış gərginlik ətrafında müzakirələr aparılacaq.

Baş verənləri şərh edən parlamentin “Hayastan” blokundan olan deputat Tadevos Avetisyan qeyd edir ki, indi yaşananlara səbəb Nikol Paşinyan iqtidarının yanlış siyasətidir: “Yuxarı Lars” keçid məntəqəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə bəyanata cavab olaraq Ermənistan hakimiyyəti hər şeyi yenidən “eks”lərin üzərinə atır və bildirir ki, bu məsələləri 15 il əvvəl həll etməli idilər. 15 il əvvəl Ermənistan nə etməli idi? Larsı zəbt etməli idi?”. O qeyd edib ki, yaxınlaşan Yeni il bayramları fonunda aktiv ixrac mövsümü başlayır və Ermənistanın sahibkarlıq subyektləri bütün il ərzində zərərlə işləsələr də, indi ümid edirdilər ki, heç olmasa bu müddət ərzində mənfəət əldə edə bilərlər. Amma bu da baş vermir. Hakimiyyət satış bazarının şaxələndirilməsinə istinad edir, lakin Rusiya bazarı üçün nəzərdə tutulan “Yuxarı Lars” keçid məntəqəsində qalan mallar Avropada rəqabətədavamlı deyil. Hakimiyyətin danışdıqları ən yaxşı halda uzaq gələcəyin məsələsidir və bugünkü problem konseptual yanaşmaların işləndiyini bəyan etmədən, operativ şəkildə həll edilməlidir”. O, hökumət nümayəndələrinin ixrac üçün nəzərdə tutulan məhsulların daxili bazarda da satıla biləcəyi ilə bağlı yanaşmasını tənqid edib: “Söhbət 6 milyard dollarlıq ixracdan gedir. Ermənistanda belə bir məbləğə əlavə tələb yaratmaq mümkün deyil. Ermənistan hakimiyyəti verdiyi vədləri yerinə yetirmədi və Rusiya-Ermənistan iqtisadi əlaqələri, eləcə də Rusiya-Ukrayna müharibəsindən yaranmış vəziyyət hesabına yüksək iqtisadi artım təmin edildi. Hakimiyyət ixrac iqtisadiyyatını belə stimullaşdırır? Bu arada İqtisadiyyat Nazirliyi hesab edir ki, baş verənlər yaxşı dərs olacaq və bütün bunlar iş adamlarının itkiləri ilə bağlıdır”. Erməni müxalifəti Paşinyan hökumətini yarıtmaz siyasət yürütməkdə, anlaşılmaz xarici siyasət kursu həyata keçirməklə Moskvanın qəzəb oxunu üzərinə çəkməkdə ittiham edir.  Amma Paşinyan aparatının rəhbəri Arayik Arutyunyan isə bəyan edib ki, Larsın bağlanmasının heç bir iqtisadi təsiri yoxdur və yeni bazarlar tapmaq mümkündür. Bundan əlavə, erməni rəsmisi diasporaya müraciət edərək, erməniləri Ermənistan istehsalı olan malları almağa səsləyib və bununla da məsələni bitmiş hesab edib. Arutyunyanın fikrinə görə, diaspor erməniləri bu malları almağa üstünlük versələr, iqtisadi problemi həll etmiş olacaqlar. Bütün bunlar isə, hətta Ermənistanın özündə istehza ilə qarşılanır. Amma görünən odur ki, Ermənistanın Rusiyadan qopma cəhdi artıq iqtisadi fəlakətlə nəticələnməkdədir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031