KÖHNƏ VERSİYA            

Qərb Ermənistanı silahlandırır - Cənubi Qafqazda sülhün sonu gəlir...

Image

Bəllidir ki, Fransa başda olmaqla, müəyyən Qərb ölkələri Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. Qərbin Ermənistanı silahlandırması bunun təzahürüdür. Silah satışı ilə yanaşı, daha əvvəl bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış edib. 

Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Qərb regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək Ermənistana qoşun göndərməyə çalışır.

Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bunlar fonunda isə iki məqam indi daha çox diqqət cəlb edir. Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana  çatdırılır. İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır. Xatırladaq ki, yerli mediada yayılan məlumatlara görə, bir bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd, iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir.
 Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan Su-30 SM qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri Su-30 SM qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub. Ermənistana çatdırılan silahlar arasında Almaniya və ABŞ istehsalı olan silahların olması da diqqət çəkir. Almaniyanın “Panzerfaust” və “Bunkerfaust” raketləri, eləcə də ABŞ-ın “TOW” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlara paralel şəkildə Hindistandan da Ermənistana silahların çatdırılması davam edir. Silahların çatdırılması prosesində əsas tranzit İrandır. 12 ədəd SEZAR artilleriya qurğusu da daxil olmaqla silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. İran Fransa ilə yanaşı, Hindistandan Ermənistana daşınan silahların da tranzitini həyata keçirir. Məlumatlara görə, İranın “Bəndər-Abbas” dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Əsas diqqət çəkən məqam odur ki, Ermənistana daşınan silahların bir hissəsi rəsmi şəkildə bəyan edilmir, bir hissəsi isə mülki mallar adı altında qeydə alınır. Beləliklə, İranın Azərbaycana qarşı planlarda aktiv şəkildə yer alması müşahidə olunur.

Digər tərəfdən, görünən odur ki, ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını əngəlləyir. Türkiyədən olan ekpert Hilmi Daşdemir bu xüsusda bildirir: “Azərbaycanın Zəfəri ilə nəticələnən Vətən müharibəsindən təqribən dörd il ötür. Ötən müddət ərzində bəzi dairələr Qarabağ həqiqətləri qarşısında ikiyə ayrıldı, yəni bunu qəbul edənlər və etməyənlər oldu. Ermənistan daxilində də bu məsələ ilə bağlı fikir ayrılığı yarandı”. Son dövrlər bəzi Qərb dairələrinin Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmaq məqsədilə bir sıra erməni separatçıları ilə təmaslarını aktivləşdirmələrinə dair Qərbi Azərbaycan İcmasının bəyanatını şərh edən ekspert deyib: “Ermənilərin arasında olduqca irqçi, faşist mövqe nümayiş etdirən siyasi təbəqə var. Burada Ermənistanın baş naziri Nikol Paşinyanın daha realist siyasət apardığını qeyd etmək lazımdır. O, torpaqların həqiqi sahiblərinin kim olduğu və ya müharibə nəticəsində azad edilən torpaqların olması həqiqəti ilə barışıb. Son dövrlər bəzi erməni siyasətçilərin də fikirlərinin bu istiqamətdə dəyişdiyini görürük. Lakin digər tərəfdən baxdıqda, bunu qəbul etməyən və türklərə, azərbaycanlılara qarşı çox kəskin düşmənçilik bəsləyən təbəqə də var. Hətta onların arasında Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən bir sıra qətliamlarda iştirak edənlərin adları da hallanır. Onlardan biri də Robert Köçəryandır. Onun bu qətliamlardakı rolunu hər kəs bilir. Onları narahat edən əsas məqam Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyə arasında birbaşa quru yolu bağlantısının yaradılmasıdır. Bu dəhliz fəaliyyətə başladıqdan sonra Qərbin, eləcə də bir sıra bölgə və dünya ölkələrinin regiondakı təsiri azalacaq, region xalqları buranın təbii sərvətlərindən tam mənada faydalanacaq”. Hilmi Daşdemir bildirib ki, bəzi Qərb ölkələrinin Azərbaycana qarşı erməni separatçılarından istifadə etməsində digər məqam isə Şimal-Cənub dəhlizinin daha səmərəli fəaliyyəti nəticəsində ticarətin həcminin artırılmasıdır. “Təbii ki, bu dəhlizin aktivləşdirilməsi də bütün bölgə xalqlarının xeyrinə olan məsələdir. Buraya Ermənistan da daxildir. Lakin Ermənistanın bəzi dairələrinin Qərb ölkələrinin təsiri altında olduğu danılmazdır. Bəlli olduğu kimi, Hindistan belə Ermənistana dəstək vermək istiqamətində addımlar atır. Burada Hindistanın mövzuya yanaşmasını təkbaşına qiymətləndirmək düzgün olmaz. Hindistanın, eyni zamanda, Qərbin bəzi imperialist ölkələri tərəfindən Çinə qarşı dəstəklənən ölkə olduğunu da nəzərə almalıyıq. Yəni sadaladığımız amilləri ümumiləşdirsək, fikrimcə, burada əsas məqsəd Türkiyə-Azərbaycan birliyindən yaranan gücün və bir sıra irimiqyaslı layihələrin qarşısını almaq, onların bölgədəki təsirini azaltmaqdır. Təbii ki, burada regionun təbii sərvətlərinə sahib çıxmaq həvəsini də unutmamalıyıq”. Hazırda baş verənlər eyni zamanda son həftələr ərzində Ermənistanın Azərbaycanla şərti sərhəddə aqressiv davranışlarının səbəbi kimi qəbul edilir. Daha bir məqam odur ki, son aylar Ermənistana verilən silahlar barədə BMT silahlar registirinə məlumat verilməyib. Bu isə ondan xəbər verir ki, Qərb və Hindistan silahları Ermənistana qaçaq yolla çatdırır. Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edir ki,  İranın Ermənistanın silahlanmasına susqun qalmasının səbəbi birmənalı olaraq onun bu proseslərin iştirakçısı olmasıdır: “İran tərəfi Qərbin verdiyi silahların detallı şəkildə öyrənilməsi və onların oxşarının hazırlanması üçün kifayət qədər imkanlar əldə edib”. 

Azərbaycan isə istənilən halda preventiv tədbirlər hazırlayır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031