KÖHNƏ VERSİYA            

Fermerlərimiz öz qarpız və fındığını məhv edir - niyə?

Image

Elçin Bayramlı: “Qeyri-effektiv idarəetmə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyi və ya mənfi fəaliyyəti bu mənzərənin yaranmasına səbəb olub”

Dövlət səviyyəsində sahibkarlığın inkişafına, fermerlərin fəaliyyətlərinin genişləndirilməsinə hər cür şərait yaradılıb. Bu sahənin tərəqqisi Prezident İlham Əliyevin diqqətindədir. Fermerlər özləri də hər zaman qeyd edirlər ki, ölkə başçısının qayğısını yaxından hiss edirlər. Bu, məsələnin bir tərəfi. 

Digər tərəfdən isə, bilindiyi kimi, bölgələrdə fəaliyyət göstərən fermerlər öz əkib-becərdikləri məhsulları bazara çıxarmaqla bağlı ciddi problemlə qarşılaşırlar. Bir sözlə, fermerlər böyük zəhmətlə əkib-becərdikləri məhsulları, meyvə-tərəvəsi sata bilmirlər. Fermer becərdiyi məhsulu satıb ondan fayda götürməlidir, amma onlar bunu edə bimirlər. Sanki gözəgörünməz bir əl onların bazara çıxıb öz məhsullarını özlərinə və əhaliyə sərf edən qiymətə satmasına mane olur. 

Bilirsiz ki, keçən həftə Bərdədən olan fermer əkdiyi qarpızı sata bilmədiyi üçün iki “lafet” məhsulu arxa tökdü. Sahibkar bildirdi ki, məhsulunu maya dəyərindən aşağı qiymətə satmaqdansa, onu suya tökməyə üstünlük verir. Bakı bazarlarında qarpızın qiyməti baş yarır, amma fermerə imkan verilmir ki, məhsulunu Bakıya gətirib münasib qiymətə satsın. İndi də Xaçmaz rayonundan növbəti bir fermerin şikayəti yayılıb.  

Bu rayonda fındıq yığımı başlayıb. Deyildiyi kimi, bu il məhsuldarlıq bol olsa da, qiymət fermerləri qətiyyən qane etmir. "Keçən il 3 manat 60 qəpiyə satdığım fındığı bu il 2 manat 80 qəpiyə verirəm. Bütün xərcləri hesablayanda əldə etdiyimiz gəlir bizə sərf etmir", - deyə fermer bildirib.

Təsərrüfat sahibləri fındıqçılıqdan imtina edib, daha çox gəlir gətirən sahələrlə məşğul olmaq haqqında düşündüklərini deyirlər.

Barəsində danışdığımız problemlər bir daha onu göstərir ki, fermerlər satış məsələsində ciddi problemlərlə üzləşir. Nəticədə isə həm istehlakçılar, həm də fermerlərin özləri itirir. 

Fermerlərlə bağlı nə baş verir? Sanki bu işdə bir düşmən əli var. Bunlar min əziyyətlə əkib-becərirlər, amma malları əllərində qalır. Deyirlər ki, məhsulu su qiymətinə satmaqdansa suya töksələr daha yaxşıdır. Bakı bazarlarında fındığın, qozun qiyməti hədsiz dərəcədə bahadırsa, fermer niyə öz məhsulunu “su qiymətinə” satmalıdır? 

“Aqrar sektorda bütün maneələrin aradan qaldırılması çox vacibdir” 

Ekspert Elçin Bayramlı “Bakı-Xəbər”ə “Həm apardığımız müşahidələr, həm rəsmi statistika, həm aqrar sektorda çalışıanların verdikləri informasiyalar açıq şəkildə göstərir və sübut edir ki,  qısaca desək, aqrar sektor “müvəfəqqiyətlə” məhv edilib. Yəni artıq bu barədə danışmaq da gecdir. 20 ildir danışılır, deyilir, problemlər ortaya qoyulur, amma heç bir reaksiya verilmir, heç bir islahat, heç bir proqram ortada yoxdur, bu sahədə heç bir ciddi irəliləyiş müşahidə olunmur, əksinə, bir tənəzzül, bir geriləmə gedir. Sizə bir faktı deyim, son 10 ildə ərzaq məhsullarının idxalı 2, 2 dəfə artıb. Yəni bu da yüz faizdən artıq artım deməkdir. Halbuki, son 10 ildə aqrar sektora milyardlarla investisiyalar yönəldilib, böyük dövlət subsidiyaları verilib, müxtəlif güzəştlər tətbiq olunub, amma nəticə yoxdur. Qeyri-effektiv idarəetmə, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətsizliyi və ya mənfi fəaliyyəti bu mənzərənin yaranmasına səbəb olub. Bu idarəetmənin heç bir qaydaya, heç bir sistemə, heç bir təcrübəyə aid olmaması, korrupsiya və monopoliya halları, bazar imkanlarının fermerlərinin üzünə bağlanması, bu sahədəki nəticədə ona gətirib çıxarır ki, birincisi, bizim aqrar sektorda yerli istehsalın həcmi azalır. İkincisi, idxalda aslılığımız sürətlə artır. Əvvəllər bu 50 faiz idi, indi bəzi məlumatlara görə, 70 faizə çatıb. Dəhşətli bir vəziyyətdir. Bu, ərzaq təhlükəsizliyinin nəinki təmin edilməsi, hətta daha ağır vəziyyətə salınması deməkdir. Eyni zamanda  ölkənin istehlak bazarında (ərzaq bazarında –E.B) qiymətlər fasiləsiz olaraq dayanmadan artır. Bu il ifadə olunan vəziyyət isə çox dəhşətlidir, yerli mövsümi meyvə-tərəvəzin qiyməti görünməmiş dərəcədə bahadır. Nəticədə də Azərbaycan əhalisi özünün ənənəvi meyvə-tərəvəzini möhsüm vaxtı ala bilmir, ona həsrət qalır. Bundan artıq nə ola bilər ki? Bu, aqrar sahədə çox faciəvi vəziyyət deməkdir”. 

E.Bayramlı hesab edir ki, bu probelmin həll edilməsi üçün böyük bir proqram həyata keçirilməlidir: “Aqrar sektorda bütün maneələrin aradan qaldırılması çox vacibdir.  Eyni zamanda əhalinin şəhərlərə axının qarşısı alınmalıdır, kənd təsərrüfatında kadrların, texnika təminatının vəziyyəti düzəlməlidir, su, suvarma problemi həll olunmalıdır, sahibkarlara qarşı törədilən maneələr aradan qaldırılmalıdır, fermerlərin bazarlara buraxılması təmin olunmalıdır. Siz təsəvvür edin, sahələrdə 20-30 qəpiyə alınan məhsul Bakıda 2-3 manata satılır. Burada əkinçi, biçinçi, hevandar və başqa fermerlər bankrot olur, məhsulu maya dəyərindən ucuz satır. Bəzən heç satmağa da dəymir, məhsulu çölə, zibilliyə atırlar. Amma ortada dəllallar on qat pul qazanır. Nə baş verir? İstehlakçılar, əhali və əkən-biçən, əziyyət çəkən fermerlər   olur, amma ortada kiçik bir qrup dəllal mafiyası qazanır. Bu dəllallar bazarları, ölkənin yollarını tutublar ki, sahibkarlar heç yerə məhsul aparmasınlar, bazarlara çıxış əldə etməsinlər. Bu dəllal qrupu milyardlar qazanır. Eyni zamanda da bunda idxal monopoliyası maraqlıdır. Çünki yerli istehsalçılar sıradan çıxanda ölkənin ərzaq təlabatını onlar gətirdikləri məhsullarla ödəyirlər. Hansısa bir məhsulun kiloqramını, tutaq ki, xaricdən 20 qəpiyə alır, burada onu 2-3 manata, beş-on qat bahasına satır, qazanır. Amma yerli istehsal olanda qazana bilmirlər. Deməli, bu tərəflər hamısı bir yerdə qarşıdan gələn qlobal qıtlıq, quraqlıq, ərzaq böhranı şəraitində (bunlar beynəlxalq proqnozlardan gözlənilir-E.B) Azərbaycanı çox müdafiəsiz və ağır vəziyyətdə qoyur. Biz bu potensialla öz əhalimizin ərzaq tələbatının heç yarısını ödəyə bilmirik. Baxmayaraq ki, dövlət milyardlarla bu sahəyə pul ayırıb, rahatca o pullar batmış sayıla bilər. Baxırıq ki, Sovet dövründə suvarılan, bol məhsul verən torpaqların 50 faizi şoranlaşıb məhv olub, bir çox hissəsində müxtəlif tikintilər salınıb. Tikintilər məhsuldar əkin torpaqlarında aparılıb. Elə bir səmərəsiz idarəetmə sistemi, elə xaotik, elə sistemsiz bir yanaşma ortaya qoyulub ki, kənd təsərrüfatı, aqrar sahə, əkinçilik, heyvandarlıq, hətta balıqçılıq hamısı məhv olub gedir. Ona görə də kəndlər boşalır. Daha çox fermerlər ili-ildən əkinçilikdən imtina edir, çünki zərərə düşür. Ölkəmiz özünün ən yüksək potensialı olan aqrar sahəni get-gedə itirir. Hər hansı bir qlobal böhran baş versə çətin vəziyyətə düşə bilərik. Bunu pandemiya zamanı da gördük. Çünki ölkələr məhsul alış-verişini dayandırırlar. Hansı ölkənin yerli istehsalı varsa yaşayacaq. Xaricdən asılı olan ölkələrin isə vəziyyəti ağır olacaq. Halbuki, bizim özümüzü üç dəfə artıq təmin etmək imkanlarımız var. Yəni Azərbaycanda 10 milyonluq əhalinin 30 milyon əhalini təmin etmək potensialı var. Sovet dövründə aqrar sektor ümumdaxili məhsulun, iqtisadiyyatın 40-50 faizini təşkil edirdi. İndi isə bu  5-6 faizdir, heç 10 faizə çatmır. Bu biabırçılıqdır. Yəni ən yüksək potensiala malik olan bir sahə tamamilə məhv edilmiş vəziyyətdədir. Bu həm ölkədə sosial vəziyyəti ağırlaşdırır, həm dövlətə ağır iqtisadi zərbə vurur, həm də ölkənin strateji ərzaq təhlükəsizliyini təhlükə altında qoyur”. 

E.Bayramlı hesab edir ki, bu cür ağır problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar heç bir ciddi tədbir görmür. O qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rəqəmlər Dövlət Gömrük Komitəsinin rəqəmləri ilə düz gəlmir. “Şərti deyək, məsələn, ölkənin tələbatı 100 kiloqram kartofdursa, nazirlik deyir ki, 80 kiloqram kartof istehsal etmişik. Məntiqlə biz xaricdən 20 kiloqram kartof almalıyıq, amma biz xaricdən 40-50, 60  kiloqram kartof gətiririk. Bu o deməkdir ki, yerli istehsal, nazirliyin dediyi kimi 80 kiloqram yox, olub 40-50 kiloqram. Yerli istehsal və idxal rəqəmləri düz gəlmir”-deyə bildirən E.Bayramlı bir daha vurğuladı ki, problemin tam həlli üçün böyük proqramlar hazırlanıb həyata keçirilməlidir.

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031