KÖHNƏ VERSİYA            

Ermənistan Belarusla da düşmən oldu...

Image

Rusiya ilə yanaşı, Ermənistanın son dövrlərdə Belarusla da münasibətlərini əhəmiyətli dərəcədə kskinləşdirdiyi müşahidə olunur. 

Xatırladaq ki, baş nazir Nikol Paşinyan cari ilin iyun ayında parlamentdə çıxışı zamanı bu xüsusda rəsmi münasibətlərə təsir edə biləcək qalmaqallı açıqlamalar vermişdi. Qeyd etmişdi ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək: “Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm”. Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər: “KTMT rəhbərlərindən biri bəyan edir ki, 44 günlük müharibənin hazırlanmasında iştirak edib, təşviq edib, Azərbaycanın qələbəsinə inanıb və arzulayıb. Və bundan sonra mən gedib Belarusun prezidenti ilə oturub KTMT formatında məsələ müzakirə edim?”. Bundan öncə Bakıda olan Lukaşenko Azərbaycan rəsmiləri ilə görüşündə İkinci Qarabağ müharibəsinə toxunub. Deyib ki, müharibədən əvvəl prezident İlham Əliyevlə təkbətək görüşündə bu nəticəyə gəliblər ki, müharibədə qələbə çalmaq olar, bu vacibdir və qələbəni qoruyub saxlamaq daha vacibdir. İrəvanın mövqeyindən sonra Belarus və Ermənistan bir-birinin səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, onlar Ermənistanın daxili siyasətində nə qədər çətin vəziyyət olduğunu görür. Qurumun sözçüsü Anatoli Qlaz bildirib: “Lakin Belarusun bununla nə əlaqəsi var? Əlbəttə ki, fərqli insanlar ciddi emosional təzyiqə fərqli müqavimət göstərirlər, biz bunu anlaya bilərik. Amma biz başa düşmürük - Belarusun bununla nə əlaqəsi var? Əgər kimsə xarici düşməni göstərməklə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, uzaqgörən siyasət deyil”. Bütün bu qalmaqal səngiməmiş Belarus prezidenti Aleksandr Lukaşenkonun “Rossiya” telekanalına müsahibəsində Ermənistanla bağlı dedikləri İrəvanda şok effekti yaradıb. Lukaşenko vurğulayıb ki, Rusiya və Belarusdan başqa Ermənistan heç kəsə lazım deyil: “Bax, bu nə siyasətdir? Bizdən başqa kimə lazımdır axı ermənilər? Onlar heç kimə lazım deyil. Qoy, öz iqtisadiyyatlarını inkişaf etdirib sahib olduqları şeylərə fokuslansınlar. Nə Fransası? Nə Makronu? Sabah Makron olmayacaq və hər kəs bu Ermənistanı unudacaq. Eyni şey ABŞ-la da olub”. Onun sözlərinə görə, postsovet ölkələrində bir şey baş versə, köməyə Rusiya gələcək: “Bax, Qazaxıstanda nəsə baş vermişdi. Kimdən kömək istədilər? Çin, Hindistan, Pakistan ora yaxın idi… Amma yox. Bax, dedilər ki, “Putin, Lukaşenko, kömək edin!” Və biz KTMT sülhməramlılarını yarım gün ərzində ora göndərdik…Vəziyyəti sakitləşdirdik”. Lukaşenko bu sözləri qınamaq və danlamaq üçün demədiyini bildirib: “Lakin anlamaq lazımdır, elə bir vəziyyət yarana bilər ki, bizdən kömək istəyəcəksiniz, kimdənsə yox. Heç kim sizin köməyinizə gəlməyəcək”. Belarus prezidenti keçmiş Sovet ölkələrinin iqtisadi məkan yaratdığını da xatırladıb: “Onu niyə itirməliyik ki? Bu ölkələrin məhsullarını Amerikada və ya Avropa İttifaqında gözləyirlər? Yox əşi. Çatışmayan şeylərdən, bəlkə də, 2 milyon dollarlıq nələrsə alarlar, qalan şeylərdə isə “özünüz yeyin” deyəcəklər. Böyük həcmdəki artığı isə Rusiyaya – ortaq bazara satmaq üçün xahiş edirlər. Ona görə də sahib olduğumuz şeyi niyə itirməliyik ki? Gəlin, sahib olduğumuzu daha da artıraq”.

Bütün bunlardan sonra Ermənistanın hakimiyyətə yaxın bir neçə qərbyönlü siyasi qrupu hökumətdən Minsklə bütün əlaqələri kəsməyi tələb edib. “Respublika naminə”, Avropa və Xristian-Demokrat partiyaları, bəzi ictimaiyyət nümayəndələri İrəvandan Ermənistanın Belarusun üzv olduğu bütün ittifaq və təşkilatlardan çıxmasını tələb edib. “Respublika naminə” partiyanın nümayəndəsi Arman Babacanyan tələbnamənin mətnini oxuyub: “Belarusun Ermənistandakı səfiri və diplomatik missiyası “persona non grata” elan olunsunlar və onlara Ermənistan ərazisinin tərk edilməsi üçün üç gün vaxt verilsin”. “Respublika naminə” partiyanın sədr müavini Ruben Mehrabyan Lukaşenkoya müraciətlə deyib: “Ermənilərin kimə lazım olduğunu, Allaha şükür ki, sən həll etmirsəm”. Onu da qeyd edək ki, “Respublika naminə” partiyanın üzvləri və tərəfdarları etiraz olaraq Belarus səfirliyinin divarlarını yumurta, pomidor və kartof “atəşinə” tutublar. Siyasi fəallar əmindirlər ki, vaxtaşırı erməniləri təhqir edən Lukaşenko təlimatlarını Rusiya prezidentindən alır. Minsk İrəvanın ittihamlarını rədd edir və bildirir ki, Paşinyan bu hay-küyü qaldırmaqla diqqəti ölkə daxilindəki problemlərdən yayındırmağa çalışır. Onu da qeyd edək ki, Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun İrəvandakı diplomatik missiyasının binasına qarşı vandalizm aktı ilə əlaqədar Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. Belarus deputatı Oleq Romanov İrəvandakı Belarus səfirliyi qarşısında keçirilən mitinqi şərh edərkən bildirib ki, bu, demoqrafik fəlakət yoludur, çünki Ermənistan cəmiyyəti parçalanır, ölkə isə demoqrafik potensialını itirir.

Tahir TAĞIYEV







VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Suriya azı 4 yerə bölünür... Əsəd "keçi qiymətinə" satılır - David koridoru gerçəkləşə bilər... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

20.12.2024 | 16:53
Əsədə bir zərbə də 24 illik həyat yoldaşından gəldi - Esma boşanmaq üçün məhkəməyə müraciət etdi

20.12.2024 | 16:46
İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:44
Sergey Məlikov Prezident İlham Əliyevə məktub göndərib

20.12.2024 | 16:42
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:41
Mişustin Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

20.12.2024 | 16:40
“D-8 təşkilatına üzvlük Azərbaycanın beynəlxalq arenada daha geniş təsir imkanları qazanmasına yol açacaq” - Vüqar Rəhimzadə

20.12.2024 | 16:38
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

20.12.2024 | 16:36
Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 16:35
Si Cinpin Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 16:33
Yaşar Əliyev Azərbaycanın BMT yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırıldı, Çexiyaya səfir təyin edildi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031