"Boneyra xalqının müstəmləkədən azad olunması üçün Bakıdayıq"....
Boneyra xalqını öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər. Bu barədə BMT-də Afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü Cun Sumer (June Soomer) jurnalistlərə açıqlamasında deyib.
"Boneyra xalqına öz müqəddəratını təyin etmək imkanı verilməsi üçün mübarizə aparmaq məqsədilə Bakıda olmaq mənə xoşdur. Bakı Təşəbbüs Qrupu ilə bu istiqamətdə çalışmaq olduqca önəmlidir. Çünki Boneyra xalqını öz ölkələrində vətəndaş kimi azad yaşamaqdan məhrum ediblər. Dünyanın bu adada baş verənlərdən xəbərdar olması üçün böyük tədbirlərin keçirilməsi mütləqdir", - o qeyd edib. C.Sumer bildirib ki, müstəmləkəçilik, əsarət və onunla əlaqəli bütün məsələlər haqqında BMT-yə hesabat vermək onların mandatının bir hissəsidir:
"Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin müstəqilliyə aparılması üçün yeni təşəbbüslər olmalıdır və həmin təşəbbüslərin qiymətləndirməsini aparmalıyıq. Hazırda müstəmləkəçi ölkələrlə birbaşa əlaqə qurmuruq, yəni həmin ölkələrə getmirik, çünki Avropa dövlətlərinin müstəmləkəçiliklə mübarizə yolunda hansı addımları atdıqlarının qiymətləndirməsini aparırıq".
Mətləb