"Adamız Niderlandın müstəmləkəsinə çevrildi"
"Adamız Niderlandın müstəmləkəsinə çevrildi və bu, bir toplumun başına gələ biləcək ən pis şeydir. Məsələnin ən dəhşətli tərəfi isə heç kimin bundan xəbərdar olmamasıdır." Bunu Dəyişiklik üçün Boneyra Hərəkatının lideri Ceyms Fins (James Finies) Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xalq kimi yox olmaq təhlükəsi ilə üzləşiblər: "Bizi müstəmləkəçilərin həyata keçirdiyi siyasətlə idarə edirlər, bizim xalqımız üçün artıq demokratiya yoxdur. Onlar bizimlə bağlı qanunları dəyişir və bizi tam asılı vəziyyətə salırlar. Bu proseslər qarşısında xalqımız səsini çıxara bilmir, çünki etiraz etsələr, işlərini itirəcəklər və bu kimi bir sıra problemlər yaşayacaqlar. Bakıya problemi işıqlandırmaq üçün gələn bizlər bunu edə biləcək cəsarətli insanlar kimiyik və səsimizi dünyaya çatdırmağa çalışırıq. Əks təqdirdə yox olacağıq".
Hərəkat rəhbəri onlara Bakıda belə bir fürsət yaradıldığı üçün minnətdarlığını ifadə edib: "Bizə lazım olan tək şey etirazımızı bildirə biləcəyimiz platformadır. İnsanlar adamızda nə baş verdiyini bilməlidirlər. Onda başa düşəcəklər ki, biz niyə buradayıq və niyə beynəlxalq ictimaiyyətin köməyinə ehtiyacımız var".
Mətləb