KÖHNƏ VERSİYA            

İran-İsrail savaşı niyə ləngiyir? - şok səbəblər üzə çıxır...

Image

Dünyanın artıq yarım aydan çoxdur xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də İran və İsrail arasında mümkün savaşın nə zaman başlayacağıdır. Belə görünür ki, bu savaşın, əslində psixoloji mərhələsi yaşanır. Elə bu fonda İran təxminən iki həftə əvvəl İsraili vuracağını deyəndən dünya gərginlik içində gözləyir. Ekspertlər isə əvvəlki kimi bu addımın dünyanı tammiqyaslı müharibəyə sürükləyəcəyini deyir.

Xatırladaq ki, İslam respublikası iyulun 31-də HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlindən sonra qisas vədi vermişdi. Ali dini lider Əli Xamnei deyirdi ki, qonağın intiqamını almaq İranın borcudur. Real vəziyyət göstərir ki, son iki həftədə İranın hücumunun yarada biləcəyi təhlükə gözləntisi sosial mediada isteriyaya səbəb olub, İran və müttəfiqlərinin, o cümlədən Livanın “Hizbullah” silahlı dəstəsinin bir neçə saata hücuma keçəcəyi proqnozlaşdırılıb. Amma ortada tamam fərqli mənzərə var. Təl-Əvivdə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Zimmt bildirir: “Məncə, onlar bundan zövq alırlar; İsrailin necə gözlədiyini, buna görə necə ağır iqtisadi və psixoloji bədəl ödədiyini seyr edirlər”. Amma ekspertlər bu gözləntinin mənfi nəticələrini ikibaşlı qılınc kimi təsvir edir, İran və müttəfiqlərinə də ziyan vurduğunu qeyd edirlər. Bəhreyndə yerləşən “Le Beck International” konsultasiya firmasının kəşfiyyat üzrə rəhbəri Maykl Horovits  bu xüsusda bildirir: “İsrailə dəyən mənfi təsir, ölkə daxilində stress, hərbi səfərbərlik, hətta iqtisadi fəsadlar yalnız İsraillə məhdudlaşmayacaq, İran və Livana da təsir göstərəcək”. Təhlilçilərin fikrincə, İranın hücumu, guya onun psixoloji təsirlərindən həzz almaq üçün yubatması fikri daha çox bəhanədir, nəinki bir strategiya. Onlar bir məqamda razılaşırlar ki, İranın tərəddüdünün arxasında gərgin daxili müzakirələr, əlaltılarla koordinasiyanın mürəkkəbliyi, hücumun mümkün risqlərinin dəyərləndirilməsi dayanır. Elə Zimmt də hesab edir ki, İran böyük bir dilemma ilə üz-üzədir. Xamnei və güclü İslam İnqilabı Keşikçiləri Korpusu İranın İsrailə qarşı çəkindirmə siyasətini bərpa etmək istəyir. İranda bəzi elementlər isə narahatdırlar ki, irimiqyaslı hücum İranı İsraillə, hətta ola bilsin, Birləşmiş Ştatlarla müharibəyə sürükləyər. Hətta Haniyənin qətlinə cavabla bağlı qərar verilibsə belə, “Hizbullah” və müqavimət oxunun digər üzvləri ilə koordinasiya vaxt alan prosesdir. Xatırladaq ki, Tehranın regionda dövlət və qeyri-dövlət müttəfiqləri, proksilərinə “müqavimət oxu” deyirlər.  İranın qərar verməsinə təsir göstərə bilən digər amil isə ABŞ-nin regionda hərbi iştirakını gücləndirməsidir. Apreldə, İranın İsrailə qarşı görünməmiş dron və raket hücumundan öncə durum belə deyildi. Maykl Horovits bununla bağlı bildirir: “İndi biz ABŞ-dən apreldəkindən daha böyük reaksiya görürük. Görünür, məqsəd təhdidin miqyası ilə ayaqlaşmaqdır, İran apreldəkindən daha böyük reaksiya verə bilər”. Təhlilçinin fikrincə, ABŞ həm müdafiə, həm də potensial hücum qüvvələri göndərməklə qabaqlayıcı mesaj verir və indiki mərhələdə əhəmiyyətli olan da elə budur.

Tehran Qərbin təmkin göstərməklə bağlı çağırışlarını rədd edərək bildirib ki, İsrailin İran ərazisində Haniyəni qətlə yetirməsinə cavab verməkdən ötrü legitim hüququ var. Amma yenə də yeni prezident Məsud Pezeşkian və xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri-Kaniyə telefon zəngləri belə bir spekulyasiyaya yol açıb ki, diplomatiya hücumu ertələməyə nail olub, onun qarşısını tamamilə ala bilər. Horovits vurğulayıb: “Mən diplomatiyanın İranın mövqeyini gerçəkdən dəyişəcəyinə skeptik yanaşıram. İran marağında olanı edəcək, təmkin göstərməklə bağlı çağırış və bəyanatlara baxmayaraq”. Ancaq İran tərəfdən belə bir ehtimal səslənib ki, fərqli bir diplomatiya onu vəd etdiyi hücumu, ən  azından, yubatmağa inandıra bilər: söhbət Qəzzada İsraillə HƏMAS arasında daimi atəşkəsdən gedir. Cenevrə Akademik İnstitutunun aparıcı tədqiqatçısı Farzan Sabet deyir ki, İran daha yüngül reaksiyanı əsaslandırmağa səbəb axtarır, Qəzzada hansısa formada atəşkəs isə ona gərəkən diplomatik qələbə kimi yaraya bilər. Zimmtin fikrincə, Qəzzada atəşkəs İran üçün çox da vacib olmaya bilər, ancaq Tehranı hücumu yubatmasını həm daxili, həm də xarici auditoriya qarşısında legitimləşdirməyə bəhanə, yaxud izahla təmin edə bilər. Onun fikrincə, atəşkəs İranı ya hücumun miqyasını kiçilməyə, yaxud cavab üçün tamam fərqli metod seçməyə vadar edər, İsrailə birbaşa hücum etməyə bilər. Beləliklə, İranın nə zaman və necə cavab verəcəyi sirr olaraq qalır, amma görünən odur ki, Tehranın o qədər yaxşı seçimləri yoxdur. Farzan Sabet  bildirir: “Tehranda qərar verənlər, ola bilsin, balanslı variant axtarışındadırlar. İran dilemma qarşısındadır, elə bir cavab zərbəsi endirsin ki, simvolik, yaxud qorxuducu görünməyi təmin etməyə o qədər zəif olmasın, amma həm də daha böyük müharibəyə aparacaq güclü zərbəyə də çevrilməsin. Yəni Tehran ya zəif zərbə, ya da müharibə astanasını keçəcək güclü zərbə endirmək arasında qalıb”. Horovits deyir ki, hər iki variant özlüyündə ciddi risqlər daşıyır: həm İranın regional gücü, həm də xətti keçəcəyi halda cavab zərbəsi ala bilməsi baxımından…

Tahir TAĞIYEV







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 14:47
Ukraynanın hökumət binaları Rusiya raketlərinin hədəfində - Radanın iclası ləğv edildi...

22.11.2024 | 14:31
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930