Ermənistan Araz çayını AES və müxtəlif növ tullantılarla çirkləndirir...
Araz çayı Ermənistan ərazisindən həm AES, həm də müxtəlif növ metallurgiya zavodlarının birbaşa tullantıları ilə çirklənməyə məruz qalır.
Bu sözləri Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev bu gün Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktik konfransda deyib.
“Araz çayı ilə birbaşa təmasda olan ərazilər və muxtar respublikanın Arazboyu çoxsaylı yaşayış məntəqələri, əkin və otlaq sahələri var ki, Araz çayının bu şəkildə çirkləndirilməsi bu yerlərdə əhalinin həyat və sağlamlığını, iqtisadiyyatını, kənd təsərrüfatını ciddi təhlükə altına alır”,– deyə Sənan Paşayev qeyd edib.
Naxçıvanda yeraltı, yerüstü və sərhəd su obyektlərinin mövcud olduğunu bildirən Sənan Paşayev su ehtiyatlarının israfının qarşısının alınması məqsədilə bütün rayonlarda maarifləndirici tədbirlər keçirildiyini söyləyib.
ZÜMRÜD