189,8 mindən çox şəxsə pensiya və müavinət ödənilib
2024-cü ilin iyul ayında ailə başçısını itirməyə görə 189,8 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Bu barədə baki-xeber.com-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunur ki, onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox şəxs isə müavinət alıb.
İradə SARIYEVA