KÖHNƏ VERSİYA            

Bakıda tərəvəz “od bahasına”, rayonlarda qarpızı çaya tökürlər - fermerə bu “zülmü” kim edir...

Image

Akif Nəsirli: “Fermerlərin öz məhsullarını sata bilməməsinin, çıxılmaz vəziyyətə düşməsinin əsas səbəbkarı nazirlikdir”

Bakı bazarlarında, ticarət məkanlarında meyvə-tərəvəzin qiyməti “od” bahasınadır. Məsələ burasındadır ki, rayon və kəndlərdə sahibkarların əkib-becərdiyi məhsullar nədənsə bazara əksər vaxtlarda gəlib çıxmır. Sahibkar əlindəki bütün vəsaiti meyvə-tərəvəz əkininə sərf edir ki, həm əhalini təmin etsin, həm də özü gəlir götürsün. Bu tamamilə təbii bir məsələdir. 

Lakin təəssüflər olsun ki, nə əhalinin əli ucuz məhsula çatır, nə də əksər sahibkarlar pul qazana bilir. Müxtəlif vaxtlarda sahibkarların əkib-becərdiyi məhsulu sata bilməməməsi faktları ilə rastlaşmışıq, bu məhsul ya qalıb çürüyüb, ya da ki, sahibkar tərəfindən məhv edilib, çaylara, arxlara, zibilliklərə tökülüb. Bərdədə baş verən hadisə buna əyani misaldır.

Bildiyimiz kimi, Bərdə rayonunda fermer sahədən yığdığı qarpızları su kanalına boşaldıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Sahibkar açıq şəkildə bildirir ki, məhsulunu sata bilmədiyi, başqa çıxış yolu olmadığı üçün əkib-becərdiyi qarpızı kanala tökür. Görüntülərdən görünür ki, sahibkar iki “lafet” dolu qarpızı kanala töküb.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən mətbuata açıqlama verən rəsmi nümayəndə deyib ki, sahibkarın bu cür addım atmasına səbəb məhsulun bazar qiymətinin maya dəyərindən aşağı olmasıdır: “Məhsulun dəyəri bazar qiymətindən yuxarı olduğu üçün sahibkarlar məhsullarını bazara çıxara bilmirlər. Ona görə bu yolla tələf edirlər”.

Məsələ burasındadır ki, sahibkar çıxılmaz vəziyyətdə olduğu üçün bu addımı atıb və məhsulun maya dəyərindən baha satılması arqumenti də o qədər inandırıcı görünmür. Hansı sahibkar istəyər ki, əməyi bu şəkildə zay olub getsin?

Sahibkar məhsulunu sata bilmədiyi üçün kanala tökürsə burada məsuliyyət kimin üzərindədir? 

Ekspertlər bildirir ki, bu hal baş verirsə, onda “Kənddən Şəhərə”  həftəsonu yarmarkası nəyə lazımdır? Bəziləri qeyd edir ki, bizim sahibkarların məhsulları sahələrdə qalır və bazarda İran, Pakistan məhsulları, meyvə-tərəvəzləri satılır. Ekspertlər hesab edir ki, camaatın məhsulu ortada qalmamalıdır, yerli icra hakimiyyətləri, bələdiyyələr sahibkara dəstək verməlidirlər. Amma təəssüflər olsun ki, sahibkarı bu məsələdə də köməksiz buraxırlar. Yerli məhsulun Bakı bazarlarına gəlib çıxması lazımdır ki, həm əhali təmin olunsun, həm də sahibkarlar gəlir götürsün.

“Daxili bazara fermerin sərbəst girişi təmin olunmalıdır” 

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanda fermerlərin, sahibkarların bazarlara əlçatanlığı çox bərbad vəziyyətdədir. “Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkası rəmzi xarakter daşıyır. O yarmarkada bəlkə də Azərbaycan fermerlərinin istehsal etdiyi məhsulların 10 faizi heç satılmır. Orada satılanların böyük əksəriyyəti xaricdən gətirilən kənd təsərrüfatı məhsullarıdır. Sahibkarların Bakı bazarlarına əlçatanlığını təmin etmək üçün şəhərin ətrafında “Meyvəli” kimi ən azı 3-4 dənə kənd təsərrüfatı məhsullarının topdansatış mərkəzi yaradılmalıdır. Həmin mərkəz dövlət nəzarətində olmalıdır, ora giriş qiyməti də baha olmamalıdır. Hər tərəfi açıq bir meydança ayırmaq lazımdır, onu çəpərləməyə ehtiyac yoxdur. Çəpər çəkilsə kimsə gəlib orda oturub deyəcək sən bazara girirsən və mənə “haqq” verməlisən. O “haqq” olmamalıdır. Əkib-becərdiyi məhsulu rayondan Bakıya gətirən fermer sərbəst şəkildə həmin satış meydançasına girib sərbəst satışını etməlidir, ondan heç nə tələb olunmamalıdır. O öz məhsulunu həm topdan, həm də pərakəndə satmalıdır. Tutaq ki, kimsə qış tədarükü görmək istəyir, maşını sürüb gedib ordan rayon qiymətinə lazım olan məhsulu alıb gətirir. Bununla da meyvə-tərəvəzin qiyməti tələbata uyğun olaraq aşağı düşür. Yəni bayaqdan bütün tələbatı pərakəndə satış mərkəzləri ödəyirdi, amma tələbatın bir hissəsini topdansatış mərkəzləri ödəyəcək”.

A.Nəsirli hesab edir ki, bu addım atılarsa orada qiymətlər də ucuz olacaq, fermer öz məhsulunu baha satmayacaq, ona sərf edən ən ucuz qiymətə satıb geri qayıdacaq. O hesab edir ki, beləliklə, rayonlarla Bakının arasında kənd təsərrüfatı məhsullarının qiymətini minimuma endirmək olar və şəhərdə də kifayət qədər ucuzluğa nail olmaq mümkündür. “Belə etmək olar.  Yoxsa, “Gənclikdə” yarmarka açmaqla fermerlərinin bazara əlçatanlığını təmin etmək mümkün deyil. Üstəlik, daxili bazara fermerin sərbəst girişi təmin olunmalıdır. Bu birmənalıdır. Problemi bu yolla həll etmək mümkündür”.

A.Nəsirli onu da qeyd etdi ki, yerlərdə sahibkarların çıxılmaz vəziyyətə düşməsinin əsas günahkarı Kənd Təsərrüfatı Nazirliyidir. “Fermerlərin bu vəziyyətə düşməsinin günahkarı Kənd Təsərrüfatı Nazirliyidir. Kənd Təsərrüfatı Nazirliyi hər il yalançı kənd təsərrüfatı yarmarkaları təşkil edir ki, bir çox halda heç ora fermerlərin əli çatmır. Nazirliyin rayonlarda 54 idarəsi var, bu idarələr fermerlərlə işləmir, halbuki işləməlidirlər. Onlar fermerlərin problemlərini öyrənməlidirlər, o problemdən çıxış yolunu göstərməlidirlər. 54 rayonda möhtəşəm bina tikiblər. Sahibkarların problemləri ilə onlar məşğul olmalıdır ki, onlar heç bir çətinliklə üzləşməsin. Bu qurumlar nə ilə məşğuldur? Əlbəttə, fermerlərin öz məhsullarını sata bilməməsinin, çıxılmaz vəziyyətə düşməsinin əsas səbəbkarı nazirlikdir”.

A.Nəsirlinin sözlərinə görə, bu məsələdə İcra Hakimiyyətləri və bələdiyyələr birbaşa cavabdeh qurumlar deyil. A.Nəsirli bildirdi ki, bu qurumlar müəyyən hallarda köməklik göstərə bilər, əsas məsuliyyət isə nazirliyin və onun qurumlarının üzərindədir. “O qurumlarda mütəxəssislər  fəaliyyət göstərir, sahibkarlarla onlar maraqlanmalıdır, onlara yol göstərməlidirlər. Bundan sonra icra hakimiyyətinin üzərinə fermerlərə torpaq ayırmaq, bələdiyyələrin də üzərinə müəyyən işlər görmık düşür. Şəhər əhalisinin kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında birbaşa aparacı rolu Kənd Təsərrüfatı Nazirliyi oynamalıdır. Başqa qurumlar isə köməkçi rolu oynamalıdır. Məsələn, nazirlik başqa qurumları vəzifələndirməlidir ki, siz bu işləri görün. Burada aparıcı vəzifə isə nazirliyin üzərinə düşür” - deyə A.Nəsirli bildirdi.

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30