KÖHNƏ VERSİYA            

Müddət uzadıldı, gənclərin sayı 500-ə çatdırıldı - Azərbaycanda Proqram köklü dəyişdi...

Image

Azərbaycan dövlətinin təhsil sahəsində əsas hədəflərindən biri gənclərin xarici ölkələrdə yüksək səviyyədə təhsil alması və onların ölkəmiz üçün layiqli müstəxəssislər kimi yetişməsidir. Əlbəttə, bu cür mütəxəssislər bütün sahələrdə öz yerlərini tuturlar.

Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib. Dəyişikliyə əsasən, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramının icrası müddətində hər il xaricə göndərilən tələbələrin sayı artırılıb.

Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

2022–2024-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 80 faizədək hissəsi magistratura səviyyəsini, 2025-ci ildən başlayaraq isə 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.

Qeyd edək ki, indiyə qədər bu say 400 nəfər idi.

Daha bir yenilik isə Dövlət Proqramına doktorantura pilləsinin əlavə edilməsi ilə bağlıdır.

Bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək... 

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib ki, xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.

O vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Lakin bu proqram başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişikliyə əsasən, növbəti ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdiriləcək.

On yeddi il tarixi olan Dövlət Proqramı... 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almalarına dair Dövlət Proqramı ideyası ilk dəfə 2007-ci ildə reallaşdırılıb. “Qeyd edim ki,  2007-2015-ci illər üçün Dövlət Proqramı çərçivəsində bizim 3500-dən çox gəncimiz xaricdə təhsil almağa göndərildilər. Birinci Dövlət Proqramını reallaşdırmaqla cənab Prezident qara qızılı insan kapitalına çevirmək hərəkatını başlamış oldu. Bunun nə qədər uzaqgörən, nə qədər məntiqli qərar olduğunun fərqinə illərdən sonra vara bilərik. Bu mənadakı 2003-cü ildə siyasi hakimiyyətə gələn, Prezident seçilən İlham Əliyev Azərbaycanın uğurlu, etibarlı gələcəyini, davamlı inkişafını təmin etmək məqsədilə çox uzaqgörən və geniş miqyaslı siyasətə başladı. Xatırlayıram, o zaman mən Dövlət Proqramını işləyən işçi qrupunun üzvü idim. Elmlər Akademiyasında bu proqramı hazırlayan işçi qrupunun tərkibində olmuşdum. Bütövlükdə, bu proqram hazırlanarkən bütün incə detallara qədər nələrə fikir verildiyi indiyə qədər gözümün qarşısındadır. Biz mükəmməl bir proqram hazırladıq. Amma bu proqramın təşəbbüskarı, ideya müəllifi cənab Prezident olub. Onun böyük uzaqgörənliklə ortaya qoyduğu bu ideya Azərbaycanın gələcəyinə hədəflənmiş bir ideya idi. Bu Azərbaycanın kadr potensiyalını  formalaşdıran, dünyanın ən nüfuzlu universitetlərində Azərbaycan gənclərinin təhsil almaq arzularını gerçəkləşdirən bir ideya idi. Nədən, birinci Dövlət Proqramına toxunuram? Çünki birinci Dövlət Proqramı daha çox bakalavr təhsili alacaq gəncləri əhatə edirdi. İkinci Dövlət Proqramında isə magistr təhsili alacaq gənclərə kvota artırıldı. Birinci Dövlət Proqramından 3500-dən artıq gəncimiz bəhrələnmişdi. Minlərlə gəncimizin magistr təhsillərini də davam edirməsinə zərurət var idi. Lakin buna imkan, şərait yaradılmalı idi. Bu imkan ikinci Dövlət Proqramında yaradıldı və bu məsələ orda öz əksini tapdı. Əlbəttə, birinci və ikinci Dövlət Proqramları arasında yenə də gənclərin xaricdə təhsilini və dövlət dəstəyini ifadə etmək üçün müxtəlif proqramlar reallaşdırıldı. Mən nümunə üçün qeyd edim, Azərbaycanda ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaqla bağlı 2019-2023-cü illəri əhatə edən və doktorantura təhsilini dəstəkləyən Dövlət Proqramının qəbul edilməsi də çox böyük əhəmiyyət kəsb edir”.

“Bu çox mühüm dəyişiklikdir və açıq qərardır”

İ.Oricov bildirdi ki, daha sonra Azərbaycan hökuməti ilə müxtəlif dövlətlər arasında hökümətlər arası təqaüd proqramları da çox əhəmiyyətlidir və bu proqram bu gün də davam edir. İ.Orucovun sözlərinə görə, Macarıstanla, Çinlə və başqa xarici ölkələrlə həmin proqram dövlətlərarası proqram olmasına baxmayaraq, onların da xərci məhz hökumətlərarası, dövlət başçıları arasında əldə olunmuş  razılaşmalar əsasında dəstəklənir. “Nəhayət, barəsində danışdığımız növbəti Dövlət Proqramı cənab Prezidentin bu istiqamətdə işlərinin ardıcıl olduğunu göstərən amillərdən biridir. İkinci Dövlət Proqramının müddəti artıq bu il bitirdi və bir neçə gün əvvəl Prezident İlham Əliyev həmin proqrama dəyişikliklərlə bağlı növbəti sərəncam imzaladı, sərəncamla Dövlət Proqramının müddəti daha iki il uzadıldı. Eyni zamanda ayrılan yerlərin sayı artırıldı. Əvvəl limit 400 nəfəri əhatə edirdisə indi bu 500 nəfərə qaldırdı. Ən vacib məqamlardan biri Azərbaycan gənclərinin məhz doktorantura təhsili almaq imkanları burda öz əksini tapdış Doktorantura pilləsi proqrama əlavə olundu. Bu çox mühüm dəyişiklikdir və açıq qərardır. Biz Azərbaycanda elmin qocalması tendensiyası ilə bağlı hər zaman narahatlıq ifadə etmişik. Bu istiqamətdə son illər müəyyən irəliləyiş var. Amma onu həm də dəstəkləmək, doktorantura təhsilini eyni zamanda xaricdə təmin etmək üçün Prezident Dövlət Proqramına məhz doltorantura təhsilini əlavə etdi. Düşünürəm ki, bunun çox böyük əhəmiyyəti olacaq. Qeyd etdiyimiz kimi, əvvəlcə elmdə qocalma tendensiyası aradan qalxacaq. Bizim savadlı gənclərimiz doktorantura təhsili almaq üçün xarici elmi mərkəzlərə və universitetlərə gedəcəklər. Hesab edirəm ki, onlar geri qayıdandan sonra Azərbaycan elminin bütövlükdə intibah, ionkişaf, tərəqqi dövrü başlayacaq.  Cənab Prezidentinin müəllifi və təşəbbüsü ilə reallaşan bu proqram dünyada unikal və anoloqu olmayan Dövlət Proqramıdır. Bu nadir hadisələrdəndir. Çünki dünyanın heç bir ölkəsində bu qədər gəncin təhsil almaq arzularının gerçəkləşdirilməsinə dövlətlər bu qədər dəstək vermirlər. Azərbaycanın gələcəyi həqiqətən də parlaq olacaq. Ona görə ki, həm dövlət başçısı tərəfindən gənclərin təhsil almalarına bu qədər imkan yardılır, həm də dövlət gənclərimizin savadının, biliyinin artırılmasına bu qədər vəsait yatırır. Azərbaycan gəncləri xaricdə təhsil alırlar, alacaqlar. Ölkədən çox xarici ölkələrdə təhsil alan gənclər var, amma dövlət dəstəyi bu gənclərin qarşısına həm də bir öhtəlik qoyur. Bu öhtəlik ki, bu gənclər milli kadrlar olacaqlar, hər zaman dövlətin onların təhsil almalarına dəstəyini unutmayacaqlar. Onlar hansısa fondların qaranlıq, çirkli pullarının hesabına təhsil almayıblar, məhz Azərbaycan dövlətinin hesabına oxuyacaqlar. Hesab edirəm ki, onlar eyni zamanda Vətən, dövlət, xalq qarşısında  məsuliyyətlərini həmişə diqqətdə saxlayacaqlar. Bir daha qeyd edirəm, çünki onlar milli kadrlar olaraq formalaşacaqlar. İşin ən önəmli məqamı həm də bundadır. Əminəm, bu gənclər mütləq şəkildə gəlib ölkəmizdə idarəetmədə, təhsildə, elmdə, fərqli sahələrdə çalışanda hər zaman qürur keçirəcəklər ki, mənim təhsil haqqımın ödənilməsini bu dövlət reallaşdırıb, mənim təshil haqqımın qarşılanmasında Azərbaycanın ən sadə vətəndaşının, əli qabarlı fəhləsindən tutmuş ən ali məqamlarda çalışan insanlara qədər hər birinin haqqı, payı var. Bu gənclər dövlətə sədaqətlə xidmət etməldirlər və edəcəklər. Ən önəmli məsələ milli kadrlar yetişdirməkdir. Cənab Prezident çox böyük uzaqgörənliklə bu işləri görür. Fürsətdən istifadə edərək ölkə başçımıza gənclərimiz üçün yaratdığı bu imkanlara görə təşəkkürümü bildirirəm. 2003-cü ildə siyasi hakimiyyətə gələndən sonra cənab Prezident hər zaman gənclərin yanında oldu, gənclərə dəstək verdi, Azərbaycanın inkişafı üçün bu qədər böyük işlər gördü. Bu bəlkə də kənardan kimlərəsə asan görünə bilər. Amma ölkə başçısı gənclərin təhsilli olması ilə bağlı zamanında həm də ulu öndərin yaratdığı ənənələrə sadiq olduğunu göstərdi. Ümid edirəm ki, məhz   doktorantura təhsilində də proqramda   öz əksini tapması Azərbaycan elminin bütövlükdə gələcəyini təmin edəcək, savadlı, bilikli gənclər elmə gələcək, yeni alimlər ordusu formalaşacaq. Halbuki, onlar bu vaxta qədər gəlmirdilər, Azərbaycan elminin gələcəyi ilə bağlı bir narahatçılıq vardı, o narahatçılıq aradan qalxacaq. Hesab edirəm ki, Azərbaycan elminin dünya elmində dünya elmində mövqeyi güclənəcək. Azərbaycan həm də təhsil və elm ölkəsi olaraq tanınacaq, ölkəmizin inkişafında, iqtisadiyyatda elmin payı güclənəcək, elmin ən müasir sahələri inkişaf etdiriləcək və əlbəttə, elm adalarının dövlətə və dövlət başçısına bir təşəkkür borcu var. Bu dövlət qarşısında xaricdə təhsil almağa gedəcək bizim gənclərimizin öhtəliyi həm də ondan ibarət olacaq ki, onlar bu dövlətə, bu xalqa məhz elm sahəsində sədaqətlə xidmət göstərəcəklər”-deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

10.09.2024 | 16:45
"Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür" - MSK sədri

10.09.2024 | 16:33
Azərbaycan Avropaya qaz ixracını 10 faizdən çox artırdı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30