KÖHNƏ VERSİYA            

Ədəbin və Adabın əsrarına vaqif olan Dahi

Image

 Alimin, şairin, hər bir yazarın əsərləri onların xarakterininv təcəssümüdür. Dünya ədəbiyyatında xeyli sayda duogen, tanınan və ictimai hadisəyə çevirilən simalar olmuş, mövcuddur və olacaqdır. Amma və lakin möcud olanın bizim üçün faydalılıq əmsalı nə dərəcədədir? “Biz” dedikdə humanitar düşüncə, cəmiyyətin düzgün inkişafına xidmət edən, şərdən uzaq və xeyiri təbliğ edən toplum qəsd edilir. Qarşımda möhtərəm bir dahi haqqında möhtərəm bir yazarın müəzzəm bir əsəri vardır (əsəri mənə təqdim etdiy üçün Türk dünyasında tanınan alim Gülnaz xanım Sattarovaya xüsusi təşəkkürümü bildirirəm). Heç bir mübaliğəyə varmadan bir daha vurğulamaq istəyirəm: kamil və mükəmməl olan yalnız Allahdır. Lakin Uca Allah c.c.-nin izniylə onun yolundan sapmadan yaşamış və möhtəşəm əsərlər yazmış əcdadımız, nurlu dədələrimiz bu gün bizim ədəbi həyatımıza mayak tutmuş, həyatın qaranlıq labirintlərində azmamaq üçün bizlərə doğru yol qoyub getmişlər. Kitab dünya ədəbiyyatında xüsusi yeri olan, amma Türk-İslam dünyasında isə mötəbər məkanı və məqamı olan, Nizami Gəncəvi və Xosrov Dəhləvinin – hər iki  dahi türkün fars dilində yazmış olduğu “Xəmsə”ni hünərli Türkün şirin dilində qələmə alan və şövkət kanında təqdim edən, ilk dəfə türk dilində “Xəmsə” yazan, namı məşriqdən məğribə şöhrət tapan Əlişir Navayidən bəhs edir. Sözün düzü, kitabı mənə təqdim edəndə bir az biganə yanaşdım. Postsovet ədəbiyyatının daha bir nümunəsinin olduğunu sui-ehtimal etdim. Çünki belə əsərlərə çox rast gəlmişdim. Elə dahi Nizami Gəncəvi haqqında M.S.Ordubadinin   qaraladığı “Qılınc və qələm”i kimi. Belə əsərlər onlarladır. Müəllif Nizami kimi bir şeyxi, Türk-İslam dünyasının mütərəqqi fikir adamını, az qala, sosrealizmin kanonlarına uyğun olaraq bir bolşevik tipi kimi təqdim və təqsim edir. Bu tip ədəbiyyat nümunələri çoxdur və  mövzudan uzaqlaşmamaq üçün sözümü mahiyyət üzrə dinamikadan təcrid etmək istəməzdim. Əslində, işğalçı imperializm Türk-İslam coğrafiyasına çürük və cahil bir sistem gətirdi, burada şəxslər rol oynamır. Lakin şəxsiyyətlər və xarakterlər istisnadır. V.Belinski  “Estetika və ədəbi tənqid” əsərində yazırdı ki, “şairin fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır” (V. Belinski,   Estetika və ədəbi tənqid . Cild 1, Moskva, 1952).

Bu romanı ilə ilk dəfə tanış olduğum müəllif İsaxan Sultanın şəxsiyyəti yazdığı əsərin özündən duyulmağa və hiss olunmağa başladı. Əslində, romanı vərəqləmək üçün almışdım, amma elə birinci səhifədən əsər məni özünə “ram” edə bildi. Postsovet məkanında həqiqi əsərə rast gəlmirdim. Çoxdan arzuladığım bədii əsəri tapmışdım. Mütaliəni sevən adamam, lakin son vaxtlar Nurəddin Gənc, Cəmil Meriç, Aliya İzzatbekoviç, Nəcib Fazıl, Bəxtiyar Vahabzadə xaric bədii əsər oxuya bilmirdim. Çoxlu sayda kitablar tirajlanırdı. Mənim ədəbi və estetik zövqümə uyğun əsəri bulamıyordum. Yeni nəşr adlansa da, əskini təkrar edən taftaloji maklaturadan başqa bir şey deyildi. Sovetizmlər, ateist görüşlər literatur yığnağı olur, malisəf, ədəbiyyat ola bilmir. Bunlar materalist, marksist klişelərdən azad ola bilmir, rus-sovet doktrininin asılılığından və ya fars-məcusi ideologiyasından ayrıla bilmir, əsasən, Avropa  yazarlarını önərir, türk-islam ədəbi fikri nəzərə alınmırdı. Bizə Danteni, Mülleri, Hegeli və onlarca yabançıları təbliğ edən “ədəbiyyat” yaranırdı. Hansı ki, bu əsərlər bizim dinimizi, hissiyatımızı aşağılayır, bəşərin əşrəfi Mühəmməd s.a.s.-nı təhqir eirdi.

                      

    “Quran xəzinədir, şair, gərək sən,

 Hər sözü alasan bu xəzinədən...

 Şəriətdən kənar elm yoxdur, bil!

  Varsa qara xaldır, heç elim deyil”

– deyən Ulu Xaqanini,

“Dörd gövhər satan var, dörd gövhər alan,

Artıq-əskiyinə qarışmaz satan.

  Əlinin eşqində sabitqədəməm,

Ömər sevgisindən uzaq deyiləm.

 Hər ikisi nur ilə nurlanır dimaq

 Əbu Bəkir bir şamdır, Osman bir çıraq.

Bu dərviş sifətli dörd böyük soltan,

 Dünyaya olmuş dörd təkbir oxuyan”

– deyən Şeyx Nizamini deyil, fikri, düşüncəsi bizə yad olanları təbliğ etdilər. Əsl qəhrəmanlarımızı deyil, antiqəhrəmanları beynimizə soxdular. Əvvəl zehniyyətimizi, beyinlərimizi işğal etdilər, sonra da coğrafiyalarımızı. “Əlişir Navayi” romanı özünəqayıdışın düzgün motivasiyasıdır. 1990-cı illərdə Türk-İslam respublikaları suverenlik qazandıqda da belə şüarlar səslənirdi: “Ey Türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan”. Lakin, bu “özünə qayıdışın” içərisində də çox yanlışlar var idi. Köhnə sistem yıxıldı, fəqət yenisi qurulmamışdı. Meydanı boş görüb gələnlər çox oldu. Bizə “qardaş” deyənlərin zərərli “karandaş” olduqlarının da şahidi olduq. Əlişir Navayi özlüyündə kimliyi və kimyası bəlli bir dühadır.

O, ümumtürk ədəbiyyatının  Xaqani Şirvani, Nizami Gəncəvi, Xosrov Dəhləvi, Molla Qasım Şirvani, Xoca Əhməd Yəsəvi, Mahtumkulu Firaği kimi qüdrətli söz ustaları sırasında yer alan və klassik özbək ədəbiyyatının banisi olan dahi sayılır. Dostu şair Əbdürrəhman Caminin məsləhəti ilə Nizami mövzularından ibarət yazdığı “Xəmsə”dən başqa, çağatay türkcəsində müəllifin özünün “Xəzayinül-məani” adını verdiyi dörd divan, farsca divan və s. yaradan mütəfəkkir şairin əsərləri öz bədii-estetik keyfiyyətlərinə görə bütün Yaxın və Orta Şərqdə yayılmış, türk xalqlarının şairləri üçün uzun əsrlər boyu sənətkarlıq örnəyinə çevrilmişdir. Bir dövlət xadimi kimi də böyük nüfuza malik olan Nəvayi sənəti sevdiyi və yüksək dəyərləndirdiyi üçün bir çox sənətkarlara hamilik etmiş, mədəniyyətin hər tərəfli inkişafına çalışmışdır. Ə.Navayini Azərbaycan şairi Seyid Əzim Şirvani çox orijnal qaydada təqdim edir. Lakonik, məzmunlu və mənalı bir tanıtımdır. Bu statusdan sonra yenidən İsaxan sultanın romanına qayıdacağıq:

     Eyləməz fərzin Nəvayini fələk rux göstərib,

     Ta onu fərmanbəri şahi-Xorasan eyləməz!

Seyd Əzim Şirvani Nəvayini bir beytlə görün necə təqdim edir. Məlumdur ki, Nəvayi Hüseyn Bayqaranın  vəziri olub, o da məlumdur ki, Nəvayi sadə xaldın içərisindən çıxıb, yəni bəyzadə, əyan-əşrəfdən, zadəgan seqmentindən olmayıb. O zamanlar sıravi xalq içərisindən vəzirliyə getmək sadə bir iş olmayıb. Şair şahmat oyunu üzərindən Navayinin həyatını təsvir edır. O deyir ki, zamanın – fələyin topu qoymaz ki, piyadə Navayi gəlib fərz, yəni   vəzir olsun. Şahmatda top o yolu tutub, piyadə qədəm qoyub irəli keçərsə top onu mütləq vuracaq. “Ta ki, onu fərmanbəri şahi-Xorasan eyləməz!” Əgər  Xorasan şahı onu müdafiə edərsə, piyadə gəlib vəzir olar. 

Xorasan şahı Hüseyn Bayqara Nəvayinin məktəb yoldaşı olub və uşaqlıqdan onun biliyinə, zəkasına hörmət edib. Artıq biz bunu İsaxan Sultanın təqdimatında görürük.  İsaxan Sultan bu əsərində bir çox konseptləri alt-üst edir. O konseptlər ki, yuxarıda qeyd etdiyim kimi, onlar bizim əleyhimizə işləmişdir. Yəni ədəbiyyat insan, bəşər toplumunun ədəbi estetikasına xidmət etməlidir. Eros, literatur ədəbiyyat deyil. Ədəbiyyat İslam nurunun təbliğinə daha çox önəm verməlidir, hansı ki, İsaxan Sultan bu romanda  həmin  problemi müstəviyə gətirir və geniş oxucu kütləsinin sərəncamına buraxır. İsaxan Sultan romanda çoxlarından fərqli olaraq İslam etnoqrafiyasını, İslam ədəbini, İslam məişətini bədii boyalarla, geniş spektrdə ifadə edir. Zəngin peyzaj təsviri, etnosu ifadə edən toponimlər, hidronimlər və bir çox nüanslar bədii əsərin əsas leytmotvini təşkil edir. Əsərin əvvəlində olaylar mədrəsədə cərəyan edir. Müəllif  burada islam elminin, ekolunun ciddiliyini bədii üslubda diqqətə gətirir. Hətta mədrəsədə şahzadə ilə sıravi şagird arasında fərq qoyulmur və bu da İslam mədəniyyətinin mütərəqqi cəhətləri olduğunu dünya oxucusuna ərz edir. Əsərdə   müdərrisin şahzadənin mürrəbisini azarlaması mənə İmam Hz. Buxarinin bir mükaliməsini xatırlatdı. 

Bir gün Əmir   İmam Buxariyə xəbər göndərir ki, gəlib onun oğluna sarayda dərs desin. İmam Buxari rəhim Allah Əmirin xahişini geri qaytarır, yəni qəbul etmir. Deyir ki, “elmin ayağına gələrlər, elm saraya gedərsə, artıq elmilik dərəcəsi düşər”. İsaxan Sultan Əlişir Nəvayi romanında mütavaziliyi, elmə hörməti çox ustalıqla piyasıya gətirir. O, əsərində könülləri fəth etməyin düsturunu öz bilginliyi ilə ehtiva edir. İsaxan Sultanı oxuduqda Əşrəfoğlu Ruminin kəlamı yadıma düşdü: “Kibri və kini tərk et, könül qazan...”   Romanın qayəsi  könül qazanmağı təbliğ edir, obrazların diliylə bəyan edilir, könül qazanmağa və bir  könülə girməyə, hava-su kimi ehtiyacımız var. Bunun üçün əsas olan şey kibri və kini tərk etməkdir. İsaxan Sultan bizə unutdurulan tariximizi yenidən yazır. Çünki tariximizi yad  və yabançılar yazdı. Burada Cemil Meriçin sözləri yada düşür: “Tariximiz təpədən-dırnağa dəyişdirməlidir. Çünki tarix kitablarımız xaçlıların ən böyük zəfəridir”.

İ.Sultan tariximizin qaynaqlarını, əsas etibarilə mahiyyətini bu romanda doğru dürüst təqdim etməyi bacarır. Müəllif əsərdə çox mətləblərə toxunur, bəzən tirələr, boylar arasındakı inciklikləri müdrikcəsinə həll edir. Romanda “Dost dosta daralanda düşmənə sarılmaz” prinsipi axıra qədər süjetin ana ideyasını təşkil edir.

“Əlişir Nəvayi” romanı türkçülüklə islamın şərəfləndiyi nöqtələri məharətlə qeyd edir. Əsəri idrak edincə bəlli olur ki, türklük Turanda bitmir, Anadoluda da bitmir. Hədəf türklüyü irqçilik kimi yaymaq deyil, insanlığı qorumaq, bəşəri mühafizə etməkdir. İrqçiliyə yuvarlanmadan, milli örf-adət tötəmizi əzdirmədən bir dava fikri ilə böyük dünyanın mayakı olma uğrunda var olacağız! Türklüyün İslama bağdaşmayan hərəkətləri nə biz türklərə, nə də hökmdar olmaq istədiyimiz dünyaya heç bir fayda verməz. Əlişir Nəvayilərin təfəkküründə və onu yenidən bəşərə təqdim edən İsaxan Sultanların qələmində intişar tapıb, yüksək məqamlarda bərqərar olub, heç kimsəyə yem olmayacaq bilginləri və gercək sahibləri var olmağa davam edəcək.  Türk-İslam təfəkkürünün və dünyaya verəcək faydaların davamı olaraq yeni-yeni əsərlərə qovuşmaq ümidiylə...

 Qalib Sayılov, Filologiya elmləri doktoru

20.05.2024, Bakı.

 

 Keçdi ömrüm nəqdi qəflət içrə nadanlıqda, heyf.
 Qalan ömrüm qəmlər ilə, min peşimanlıqda, heyf.
 Canıma vermə əziyyət, sən riyazət qılma çox,
 Gəncliyin asan sovuşdu, yandın asanlıqla, heyf.
 Bağladım peymanədən peyman fəğan ki, əqlü din
 Oldu bu peymanədən ol süst peymanlığda, heyf.
 Ey müsəlmanlar, bilin ki, ötdü ömrüm hasili
 Nəfsi kafır fıtnəsindən namüsəlmanhqda, heyf.
 Heyf kim, nəf eyləməz, üzsəm də əl peymanədən,
 Desəm öz əhvalımı bu tövr heyranhqda, heyf.
 Elə işlər gör ki, heç vədə peşiman olma sən,
 Nə qədər işdə xəta qıldım peşimanlıqda, heyf.
 Çox sözüm bəlkə yalandır, bir sözüm sərrast, dürüst,
 Yalana qurban gedib ömr oldu qurbanlıqda, heyf.
 Bir qədər yüngül gəlir siqlətdə sultandan gəda,
 Heyf kim, çox-çox gəda olmuş da sultanlıqda, heyf.
 Ey Nəvai, vaqifəm rüzgara mən, əsrara mən:
 Keçdi ömrüm nəqd qəflət içrə nadanhqda, heyf!

 Mən cahandan doymuşam, doymaz mənim qanımdan el,
Mən canımdan üzdüm əl, çəkməz əlin canımdan el.
Tay-tuşum rüsvay olub, rüsvay odu lav-lav yanar,
Rast gələn yoldan çıxar, ötməz mənim yanımdan el.
Toz basıb üz-gözləri, yox tamyan bir-birini,
Halımı sorsa, girib çıxsa bu viranımdan el.
Kəbəmin hər daşma, ey Xızr, mən can sürtərəm,
Axışar, tutsa xəbər Kəbəmdən, ünvanımdan el.
Ey Nəvai, tutmasınlar eyb əgər divanəyəm,
Oxusun qoy ol pəri vəsfin bu divanımdan e

Hər kimin ki, bir mələksima pərivəş yan var,
Nə pəridən ehtiyacı, nə mələkdən an var.
Yox təəccüb, sarmaşırsa hər gecə ter qönçəyə,
Qönçə tək hər sübh olub xəndan nişat izhan var.
Ağ sinən, ləlin xəyalilə mən oldum az qala
Bir hörümçək ki, onun can riştəsindən tan var.
Yox əcəb, gül həsrətilə zar ola bülbül əgər,
Cisminə hey sancılan yüz-yüz tikanı, xan var.
Sünbüli zülfi əgər aşuftədir, eyb etmə kim,
Gül üzündə qoşa yatmış nazənin bimarı var.
Məst olub, bixud olub qoy çıxmasm meyxanədən,
Çün mənim tək dövr əlindən dərdi var, azan var.
Ey Nəvai, yar üzər olsa məhəbbət riştəsin,
Gəlməz olsa ol sənin san, sən anın san var!l.








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031