Ukrayna F-16-ları "havada qalıb" - Moldova qırıcıları öz ərazisində yerləşdirməkdən imtina etdi
Moldova Xarici İşlər Nazirliyi respublika ərazisində Ukrayna Silahlı Qüvvələri üçün F-16 qırıcılarının yerləşdirilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Nazirliyin rəsmi açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığı bildirilir.
"Ukrayna üçün F-16 qırıcılarının Moldova ərazisində yerləşdirilməsi ehtimalı ilə bağlı KİV-də yayılan məlumatlara cavab olaraq Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Moldova silah və hərbi texnika, o cümlədən Ukrayna üçün nəzərdə tutulan təyyarələri qəbul etmir və qəbul etməyəcək", - Moldova XİN məlumatında qeyd edilib.