KÖHNƏ VERSİYA            

Azərbaycanın əsas tranzit ölkə olacağı təsdiqləndi...

Image

“Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” “yaşıl enerji” sahəsində əməkdaşlığımızda ilk addımdır”. Bu fikirlər prezident İlham Əliyev tərəfindən Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə səsləndirilib.

Ekspertlər hesab edir ki, Azərbaycan bərpaolunan enerjinin Mərkəzi Asiyadan ixracında əsas tranzit ölkə ola bilər. Məsələnin bu tərəfinə nəzər salan qazaxıstanlı iqtisadi ekspert, Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Çin və Asiya Araşdırmaları proqramının rəhbəri Janseitov Ersultan qeyd edir: “İstər Mərkəzi Asiya ölkələri, istərsə də Azərbaycan bu məsələyə böyük önəm verir. Çünki biz bilirik ki, karbohidrogenlər dövrü, neft əsri get-gedə ötüb gedir. Hər halda, bu gün baş verməsə belə, gələcəkdə bu, qaçılmaz tendensiya olacaq. Ona görə də biz zamanla ayaqlaşmalı və vaxtında yeni alternativ mənbələrə keçməliyik. Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq kontekstində Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq. Elektrik enerjisinin regionumuzdan Avropa ölkələrinə ixracı üçün Xəzər dənizinin dibi ilə və daha sonra Qara dənizin dibi ilə kabellərin çəkilməsi nəzərdə tutulur. Bundan əlavə, Almaniya tərəfi ilə əməkdaşlıqda Qazaxıstan yaşıl hidrogen istehsalı üzrə böyük layihə hazırlayır. Bu kontekstdə Transxəzər marşrutu Avropa ölkələrinə, ilk növbədə Almaniyaya ixracına görə prioritetdir. Ona görə də Azərbaycan bu məsələdə bizim əvəzsiz tərəfdaşımızdır və “yaşıl enerji” ilə əməkdaşlıq məsələsi gələcəkdə ən aktual məsələlərdən biri olacaq”. Hazırda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli inkişaf edir. Xatırladaq ki, 2023-cü ilin avqustunda Özbəkistan prezidentinin Azərbaycana səfəri çərçivəsində enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsinə dair Hökumətlərarası Saziş və iki ölkənin energetika nazirlikləri arasında “2023-2025-ci illər üçün enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. İmzalanmış sənədlər çərçivəsində həm neft-qaz sahəsində, həm də bərpaolunan enerji mənbələri üzrə uğurlu əməkdaşlıq davam edir. Enerji resurslarının dünya bazarlarına çatdırılmasını şaxələndirən alternativ nəqliyyat dəhlizlərinin və marşrutlarının artan əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında birləşdirici rolunu gücləndirib, enerji dəhlizlərinin potensialının bölüşdürülməsi imkanlarını aktual edib. Bu fonda “yaşıl enerji”nin Mərkəzi Asiyadan Azərbaycana və daha sonra Avropaya ixracı məqsədilə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sistemlərinin birləşdirilməsi layihəsinin həyata keçirilməsi çərçivəsində yaxşı dinamika və tərəqqi var. Tərəflər layihənin həyata keçirilməsi üçün ilkin texniki-iqtisadi əsaslandırmanın aparılması üzrə Texniki Tapşırığı təsdiq ediblər. Birgə işçi qrup Bakıda tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün İtaliyanın CESI konsaltinq şirkəti seçilib.     

Proseslər göstərir ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında strateji tərəfdaşlıq “yaşıl enerji” sahəsində yeni imkanlar yaradır. "Yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək. Hər üç ölkənin bu sahədə əməkdaşlığı genişləndirməsi üçün imkanları yetərincədir. Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mühit kifayət qədər bərpaolunan enerji mənbələrinin potensialından istifadə etməyə şərait yaradır. Ölkəmizin bərpaolunan enerji potensialı 27 qiqavat həcmində dəyərləndirilir ki, bunun da böyük əksəriyyəti günəş və külək enerjisinin payına düşür. Bununla yanaşı, Dünya Bankının təşəbbüsü ilə aparılmış araşdırmalara əsasən, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 157 qiqavat həcmində dənizdə külək enerjisinin texniki potensialı müəyyən edilib. Qazaxıstan Günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək “yaşıl enerji” mərkəzinə çevrilməyi hədəfləyir. Mərkəzi Asiyanın güclü iqtisadiyyata malik ölkəsi olan Özbəkistanda isə külək enerjisinin potensialı 520 qiqavat həcmindədir. Tacikistanın energetika və su ehtiyatları naziri Cuma Dalera Şofakir qeyd edib ki, regionun enerji sisteminin etibarlılığını gücləndirmək məqsədilə indiki mərhələdə Tacikistanın enerji sisteminin Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə yenidən qoşulması layihəsi həyata keçirilir. Azərbaycanın Avropa və Asiya arasında olan coğrafi mövqeyi imkan verir ki, bir çox istiqamətlərdə tranzit ölkə olsun. Hazırda alternativ enerji strategiyasında isə ölkə tranzit olaraq deyil, eyni zamanda öz alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisini Avropaya nəql etmək imkanı verir. Bu proses iqtisadiyyatın digər sahələrinə də dolayı olaraq müsbət təsir göstərəcək. Bütün hallarda bu sahə istər enerji istiqamətində, istərsə də iqtisadiyyatın digər istiqamətlərində ölkələr arasında olan əməkdaşlıq potensiallarını üzə çıxarır. 

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30