KÖHNƏ VERSİYA            

18 mindən çox erməni Qərbi Zəngəzuru tərk etdi - "Zəngəzur oyunu" bitir...

Image

İbrahim Rüstəmli: “Ermənilərin Qərbi Zəngəzuru tərk etməsinin real səbəbləri var, onlar bu torpağın onlara aid olmadığını bilirlər” 

Ermənilər Qərbi Zəngəzur bölgəsini kütləvi şəkildə tərk edir. “Qraparak” nəşri Ermənistan Statistika Komitəsinə istinadən Zəngəzur bölgəsindəki əhalinin sayının sürətlə azaldığını yazır: 

“Statistik məlumatlara görə, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Zəngəzur bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir”.

Nəşr qeyd edir ki, ermənilər sərhəd bölgələrini sürətlə tərk edir. Ermənistan Statistika Komitəsi də təsdiqləyir ki, son bir ildə Qərbi Zəngəzurda əhalinin sayı 18 min nəfər azalıb.

Əhali ordan niyə qaçır? Bu, erməni blefi ola bilərmi? Doğrudanmı, ermənilər ordan çıxır, çıxırlarsa motiv nədən ibarətdir? 

“Dərk edirlər ki, uzun illər başqasının  evində-eşiyində oturublar və çıxıb getmək lazımdır”   

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Qərbi Zəngəzurda bir sıra Qərb dövlətlərinin, Fransanın və ABŞ-ın xüsusi maraqları var və onlar burada yeni oyunlar qurmağa niyyətləniblər. Fransa, ABŞ kimi Qərbin, Avropanın bir sıra hegemon dövlətləri bütün dünyaya demokratiyadan, ədalətdən, insan haqlarından dərs keçməyə iddialıdırlar, amma bu ölkələrin özləri insan haqlarını, ədalət prinsiplərini ən çox pozan dövlətlərdir. Ermənilərin Zəngəzurdan köçməsi barədə yayılan məlumata gəlincə, İ.Rüstəmli bildirdi ki, bu, reallığın mənzərəsidir. “Hazırda İrəvanda yaşayan ermənilərin də böyük əksəriyyəti etiraf edir ki, Qərbi Zəngəzur Azərbaycan torpağı olub və burda qədimlərdən azərbaycanlılar yaşayıb. 

Biz digər dəstəkçi fakt da dilə gətirə bilərik ki, İrəvan da Azərbaycan torpağı olub, 1918-ci ildə ermənilərə dövlət qurulması üçün bu ərazi onlara verilib və sair. Söhbət burada nədən gedir? Artıq ermənilər reallığı istəsələr də, istəməsələr də qəbul etməyə başlayırlar. Belə düşünürəm ki, Azərbaycan özünün güclü iqtisadiyyatı, güclü Silahlı Qüvvələri, güclü siyasi xətti ilə ermənilərə zorla da olsa başa saldı ki, reallıqla barışmalısınız, Qərbi Zəngəzuru tərk etməlisiniz. 

Bilirsiz ki, əvvəlki dövrlərdə İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın iştirakı ilə Moskvada üçtərəfli danışıqlar keçirildi. Kapituliyasiyada Qərbi Zəngəzurla bağlı məsələ var ki, bu məsələ reallaşmalıdır. Ermənilər uzun müddət Rusiyaya söykəndilər, 44 günlük Vətən savaşınmda Rusiya onlara kifayət qədər dəstək də göstərdi. Bəziləri deyir ki, Rusiya müharibə vaxtı əlini Ermənistanın üzərindən çəkdi. Xeyr, belə deyildi. Rusiya onlara lazımı qədər maddi və hərbi yardım etdi, texnika, silah-sursat baxımından köməklik göstərdi, bircə siyasi dəstək vermədi. Rusiyanın da Ermənistana siyasi dəstək verməməsinin səbəbi Paşinyanın Qərbyönümlü siyasət yürütməsi ilə bağlıdır. Paşinyanın hakimiyyətə Corc Soros Fondunun dəstəyilə gəldiyi məlumdur. Nazirlərin 80 faizindən çoxu da Soros Fondunun nümayəndələridir. İstəsə də, istəməsə də, Paşinyan Qərbə meyl etməlidir, çünki onun hakimiyyətə gəlişinin arxasında Qərb amili, Qərb pulu, Fransa və ABŞ dayanır. Ancaq indiki reallıq var. Bu reallıq Paşinyan tərəfindən də bir neçə dəfə səsləndirilib. İndi ermənilər artıq Qarabağı unudublar, çünki Qarabağın onlara heç bir aidiyyəti yoxdur. Bilirsiz ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər İran və Türkiyə ərazisindən Qarabağa köçürüldü, hərəsi də Qarabağda yerin altına bir daş basdırdı ki, guya ora onların tarixi torpağıdır. Amma reallıq tamamilə başqadır. Bu reallığı biz indiki Ermənistan ərazisinə də etap edə bilərik. Bu ərazilər də Azərbaycana məxsus olan torpaqlardır.

Sadə ermənilərin yeganə məqsədi öz qınlarına çəkilib sakit şəkildə yaşamaqdır”. 

İ.Rüstəmli qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb, bunun tələbləri həddən artıq sərtdir, amma zaman-zaman, göründüyü kimi, ermənilər bu geosiyasi reallıqlarla barışmağa məcburdurlar. İ.Rüstəmlinin sözlərinə görə, amma bu reallıqla barışmayan Avropa və Qərb dövlətləri var ki, onlar Ermənistan üzərində nəzarəti gündən-günə möhkəmləndirməyə çalışırlar. O qeyd etdi ki, bir müddət əvvəl ABŞ hərbiçiləri ilə Ermənistan hərbiçilərinin birgə təlimləri həyata keçirildi, Şuşaya, Zəngəzura yaxın ərazilərdə uçuşlar ediblər və sair. “Bu cür addımlar atan Fransanın və ABŞ-ın Ermənistana ürəyi yanmır. Onların tək və əsas məqsədləri Ermənistanda öz monopolyalarını yaratmaqdır ki, bu ölkəni özlərinin forpostuna çevirsinlər. Halbuki, dünənə qədər o ölkə Rusiyanın forpostu idi. Marionet, tarixi, kökü olmayan bir dövlətdir. Elə bil söyüd kimi bir şeydir. Bu dövlətdən hamı Cənubi Qafqazda öz mövqeyini möhkəmlətmək üçün istifadə edir. 

Putin ortaya mövqe qoyub ki, Qarabağ Azərbaycan torpağıdır, Paşinyan hakimiyyətdən getməlidir, çünki artıq Paşinyanla barışa bilmir. ABŞ da öz siyasi mövqeyini Ermənistanda gücləndirməyə çalışır ki, Paşinyanın hakimiyyətinin ömrünü daha da uzatsın. Əslində, baş verənlər Azərbaycanın xeyrinədir. Amma Amerika kimi nəhəng bir dövlətin 10 minlərlə kilometr uzaqlardan gəlib Ermənistan ərazinə silah-sursat daşıması,   Ermənistan əsgərlərinin formasını geyinmiş hərbi qulluqçularını bu ölkədə yerləşdirməsi, təbii ki, Azərbaycan üçün heç də xoş deyil. Yəni bir aktyor öz rolunu başqa bir aktyora verib, bir hegemon dövlət digər hegemon dövlətin simasında Azərbaycana təzyiq və təsir göstərir. Əlbəttə, Amerikanın hərbi uçaqlarının Ermənistana enməsi, AB silahlı qüvvələrinin ora gəlməsi, onlara silah-sursat daşımısı, xüsusilə müasir silahlar gətirməsi həm də Azərbaycana təzyiq deməkdir. Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan öz mövqeyindən heç vaxt geri çəkilməyəcək. Bu gün  Azərbaycanın siyasi, iqtisadi, hərbi vəziyyəti kifayət qədər dayanıqlı bir formadadır”.

İ.Rüstəmli bildirdi ki, Ermənistan Statistika Komitəsinin yaydığı məlumat reallığı göstərir və ermənilərin oradan köç etməsi faktı var. “Ermənilərin Qərbi Zəngəzuru tərk etməsinin real səbəbləri var, onlar bu torpağın onlara aid olmadığını bilirlər. Onlar başa düşürlər ki, oradan çıxmaqları labüddür. Artıq onların kürkünə birə düşüb. Azərbaycan burada çox prinsipial mövqedən çıxış edir, digər tərəfdən də Rusiya “Zəngəzur dəhlizinin” açılmasının tərəfdarıdır. Açığı deyək ki, ermənilərin Ermənistan hakimiyyətinə inamı, etimadı yoxdur. Ermənilər ölməkdən qorxurlar. Onların Qərbi Zəngəzuru tərk etməsi, son bir ildə 18 min nəfər ermənin ordan köçüb başqa yerə getməsi qeyri-real deyil. Çünki onlar bilirlər ki, Azərbaycan nə deyirsə onu da edir. Azərbaycan qarış-qarış öz iradəsini yeridir və istəyinə çatır. Ermənilər çox yaxşı bilirlər ki, Qərbi Zəngəzur Azərbaycan torpağıdır. Dərk edirlər ki, uzun illər başqasının  evində-eşiyində oturublar və çıxıb getmək lazımdır. Ona görə də nə qədər üzüsulu çıxsalar, bir o qədər onların xeyrinədir”-deyə İ.Rüstəmli qeyd etdi.

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30