KÖHNƏ VERSİYA            

Firon məktəb direktorları, böyrü üstə yıxılan təhsil, alverə çevrilən məktəbli formaları...

Image

Sentyabr ayı yaxınlaşır. Dolanışıq üçün bütün yayı qızmar günəş altında qan-tər içində işləyən zəhmətkeş valideynlərin yay “tətilindən” sonrakı qayğıları başlayır. Sentyabrın 15-də uşaqlarını məktəbə yollayacaq valideynləri indidən dərd götürüb. Təhsildən başqa hər işlə məşğul olan orta məktəblərdə hər il feodal direktorların əmrləri hər kəsi şoka salır. Bu il məktəbli formaları bu rəngdə, bu dəbdə olacaq, vəssalam! Özüdə alınacaq məktəb formalarının ünvanlarını, mağazalarını, satıcısına qədər hər şeyi məktəb direktorları müəyyənləşdirirlər. Həttda bəzi məktəb direktorlarının tapşırığı ilə sinif rəhbərləri valideyn­lərə “votsap qrupu” ilə “sifarişlərini” ve­rirlər. Hətta geyimlərin hansı ünvandan alınacağı da bildirilir. Filan mağazadan, filankəsin mağazasından. İndi cəsarətin var məktəb direktorunun dediyi yerdən yox, başqa bir yerdən alasan. Pahoooo, gör nə qiyamət qopur. İlk öncə sinif rəhbərini salacaqlar ortaya, sonra da qadın valideyn koordinator qarışacaq işə. Yazıq valideynə psixoloji təzyiq təzyiq üstünə!

Görəsən hər dəfə məktəbli formalarına “əl gəzdirib” bunu davamlı qazanc yerinə çevirən, bununla da gündəlik çörəkpulunu zorla qazanan imkansız valideynləri xərcə salan məktəb direktorlarında heçmi vicdan deyilən hissiyat qalmayıb? Axı qiymətlərin hər gün yox, hər saat qalxdığı bir dövrdə insanlar böyük çətinliklərlə üz-üzə qalıblar. İndi iş tapmaq, ailəni orta həddə dolandırmaq özü mürəkkəb məsələdir. Axı işsizlik problemi birbaşa yaşayış tərzini gündən-günə çətinləşdirir. Bir çox valideynlər ailənin gündəlik ehtiyaclarını ödəyə bilmirlər, süfrələrinə normal qida məhsulları qoya bilmirlər. Kommunal ödənişləri çətinliklə ödəyirlər. Hələ kirayədə yaşayan, xəstəsi olan, hər ay apteklərdən eyni reseptləri alanlar var. Belə olan halda ailədən 2 uşaq məktəbə göndərən valideyn məktəbli forması ala biləcəkmi? Axı bir uşağın məktəbə getməsi üçün tək məktəbli forması tələb olunmur. Bunun çantası, ayaqqabısı, kitab-dəftəri də var. Aylarla iş axtaran, tək özü çalışan ailə başçıları var ki, onları əlavə xərcə salmaq, əziyyət vermək insanlıq üçün utancdır. Özü də düşünəndə ki, bunu təhsilin beşiyi olan məktəb başbilənləri edir, bu daha ağır gəlir insana. Belə olan halda məktəbli formasının dəyişilməsi yumşaq desək, sadəcə VİCDANSIZLIQDIR!
Axı məktəbli formalarını hər il dəyişdirmək üçün bunların bəhanəsi nədir?. Sən demə məktəbli formasındakı rənglərdən biri, məsələn bu cür yox, başqa cür olmalıdır. Rənglərin nə önəmi var axı??? Gözəllik salonundan məktəb direktoru kreslosuna adlamış, pedaqoji işdən xəbəri olmayan, “koryerası” boyu təhsil əvəzinə manikürlüklə məşğul olmuş “direktor xanımlar” məktəbli formasını əməllicə alver, biznes işinə döndəriblər. Elə məktəblərin özlərini alverə döndərdikləri kimi. Təhsil Nazirliyini heçə sayan, özlərini feodal xanlar kimi aparan bu direktor sürüsü təhsili, pedaqoji işi, məktəbdəki nizam-intizam problemlərini qoyublar bir qırağa, düşüblər məktəbli formalarının üstünə. İmkansız valideynləri qısnayırlar ki, məktəb rəhbərliyi hansı formanı dedisə, onu da almalısan. NİYƏ???

Axı məktəb direktorlarına kim icazə verib ki, belə azğın feodal olmaq həvəsinə düşsünlər? Əlbəttdə məktəb direktorlarının belə əl-qol açmasında təhsil üzərindəki funksiyası sıfıra enən Təhsil Nazirliyinin də az “əməyi” yoxdur. Acı da olsa reallıq odur ki, təhsilin başını buraxan Nazirlik, bütün səlahiyyətləri verib məktəb direktorlarına. Hazırda orta məktəblərdə idarəçilik bu düsturla həyata keçirilir: məktəb direktorları- sinif rəhbərləri- qadın valideyn koordinatorlar. Məhz bu üçlük təhsilin içinə necə ... gül qoyublarsa, qoxusu bütün cəmiyyəti bürüyüb. Bu gün məktəbli forması ətrafında açıq alverə israr edən məktəb rəhbərliyi, tədris prosesi gələn kimi qadın valideynləri “işə” cəlb edir, yenicə parta arxasında əyləşən, hələ məktəb nədir bilməyən körpə fidanları ilk gündən təhsilin anasını ağladan repititor yanına sürükləyir, əlamətdar günlərdə müəllimləri təbrik etmək adı ilə pullar yığdırır, uşağın biliyinə görə deyil, məktəbə ödədiyi “şirinlik” məbləğinə görə qiymət yazılır. Biz heç cür düzəlmirik. əsrlər boyu işimizi rüşvətlə aşırmağa adət etdiyimiz kimi, ən strateji sahə olan təhsili də on illiklərdir rüşvət “yağında qaynadırıq”.
Təhsilin bu günə düşməsinə həm də öz uşağının həqiqi bilik almasındansa rüşvət verib ona “yüksək qiymətlər” yazdıran valideynlər səbəbkardırlar. Məhz bu cür valideynlərdir təhsilin “anasını ağladan”, küt, savadsız nəsil yetişdirmək üçün müəllim adına, direktor adına yaraşmayan adamları rüşvətə boğan. Bir qrup belə valideynin ucbatından bu gün həttda məktəbli formaları da alver predmetinə çevrilib. Unutmayaq ki, bu gün alver və qazanc oyununa çevrilən məktəb formaları, həm də o formanı geyinib parta arxasında oturan uşaqların gələcək bədbəxtliyi üçün açılan cığırdır. Bu cığır ancaq savadsız, rüşvətxor, gələcəyi olmayan KÜTLƏ SÜRÜSÜ yetişdirir, başqa heç nə!

Mətləb Salahov








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlılığı nədir?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

20.12.2024 | 17:23
Mətbuat Şurası Qulu Məhərrəmlini təbrik etdi

20.12.2024 | 17:19
Azad edilmiş ərazilərdə neçə nəfərin nəşinin qalıqları tapılıb? - Rəsmi açıqlama...

20.12.2024 | 17:14
BMT-nin "faşizm qətnaməsinin" əleyhinə çıxan elə ölkələr var ki... İnanılmazdır...

20.12.2024 | 17:08
Ərdoğan Suriyaya gedir - Dəməşqdə hazırlıqlar başlayıb...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031