İrandan ABŞ-a müharibə elanı kimi mesaj... Görüntülər paylaşdılar - sadəcə bir raket bəs edəcək...
HƏMAS rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda öldürməsindən sonra Yaxın Şərqdə artan gərginlik hələ də davam edir.
İsrailə güclü qisas hücumu ilə cavab verəcəyini açıqlayan İran, İsraili qorumaq üçün bölgəyə əlavə döyüş gəmiləri göndərən ABŞ-ı hədələyən paylaşım edib.
Belə ki, İran dövlət televiziyası Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin, o cümlədən Amerika təyyarədaşıyan "USS Theodore Roosevelt"in hərəkətlərinin İranın pilotsuz uçuş aparatları tərəfindən izləndiyini göstərən görüntülər paylaşıb.
Görüntülərin bir neçə gün əvvələ aid olduğu bildirilir. ABŞ təyyarədaşıyan gəmisinin qanadlı raketlə batırıla biləcəyi, onu müşayiət edən döyüş gəmilərini batırmaq üçün isə hər birinə yalnız bir raketin lazım olacağı qeyd edilib.
Qeyd edək ki, iyulun 31-də HƏMAS liderinin Tehranda öldürülməsindən sonra İranın İsrailə hücum edəcəyi xəbərləri yayılıb, Bunun ardınca İsrailin yaxın müttəfiqi ABŞ Fars körfəzinə təyyarədaşıyan və hərbi gəmilər yerləşdirib.
TAHİR