Belarusdan Ukraynaya sərt xəbərdarlıq - tankları da sərhədə yığmağa başladılar...
Ukrayna pilotsuz uçuş aparatlarının Belarus sərhədlərini pozması ilə bağlı Ukraynanın müvəqqəti işlər vəkil Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edib.
Nazirlikdən bildirilib ki, Ukraynalı diplomata sərt etiraz mesajı təqdim edilib və Belarus sərhədinin Ukrayna ərazisindən atılan göndərilən pilotsuz uçuş aparatları ilə bağlı Minskin cavab addımları atmaq hüququnu özündə saxladığı barədə xəbərdarlıq edilib.
Bu arada, Belarus Ukraynan sərhədinə tanklar yerləşdirməyə bağlayıb. Bu barədə yerli KİV məlumat yayıb. Yayılan görüntülərdə tanklar sərhədə daşınmaq üçün dəmir yolu platformalarına yüklənir. Bunu Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
“Hərbi heyət hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayır. Bir gün əvvəl Silahlı Qüvvələrin Ali Baş Komandanı mümkün təxribatlara cavab vermək üçün Qomel və Mozır taktiki istiqamətlərində qoşunların qruplaşdırılmasının gücləndirilməsi ilə bağlı tapşırıqlar verib”, - deyə nazirliyin teleqram səhifəsində bildirilib.
TAHİR