Hüseyn Abdullayevə nə olub? - Ədliyyə Nazirliyindən açıqlama...
Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, o, bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib.
"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir" - deyə nazirlikdən bildirilib
ZÜMRÜD