ABŞ-dan Tehrana xəbərdarlıq - İsrailə hücum olsa İran hökuməti və iqtisadiyyatı çökdürüləcək
“The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, Vaşinqton Tehrana yeni mesaj göndərib və xəbərdarlıq edib ki, İsrailə qarşı geniş hücuma keçərsə, İranın yeni hökuməti və ölkə iqtisadiyyatı ağır zərbə alacaq.
Amerikalı rəsmilər bildiriblər ki, Tehrana göndərilən mesaj İranın hərbi əməliyyatlarla hədələnməsi deyil, İsrailin müharibəyə çəkilməsi və İrana qarşı hərbi cavaba təhrik olunması təhlükələri barədə olub.
Qəzet vurğulayıb ki, ABŞ xəbərdarlığında İrana aprel ayında olduğu kimi İsraili müdafiə etmək üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu açıqlayıb.
“Amerikanın İrana mesajı həm birbaşa, həm də vasitəçilərlə çatdırılıb. İran geniş hücuma əl atsa, bölgədə eskalasiya riski olacaq. Biz İrana hücum edəcəyi halda hökumətin iqtisadi çöküşü və qeyri-sabitliyi haqda məlumat verdik”, - deyə ABŞ rəsmiləri qeyd ediblər.
TAHİR