Ukrayna Rusiyanın Lipetsk aerodromunda aviasiya bombalarının saxlandığı anbarı vurdu - 4 kənd boşaldılır...
Rusiyanın Lipetsk vilayətinə çox sayda pilotsuz təyyarə ilə hücum edilib. PUA-ların əsas hədəfi isə Lipetsk vilayətində 3 saylı hərbi aerodrom olub. Hücumdan sonra aerodromdakı silah anbarında partlayışla müşahidə edilən yanğın başlayıb.
Lipetsk vilayətinin qubernatoru İqor Artamonov da hücum nəticəsində partlayıcıların partlamağa başladığını, 9 nəfərin yaralandığını, enerji infrastrukturu obyektinin zədələndiyini bildirib. Bölgədə elektrik enerjisinin verilişində də fasilə yaranıb. Hücumdan sonra "fövqəladə vəziyyət" elan edilib. Dörd yaşayış məntəqəsinin - Xutori, Fedorovki, Yakovlevki və Tinkovkinin boşaldılacağını deyən qubernator Artamonov bu qərarın “hücumun nəticələrini aradan qaldırmaq üçün” alındığını deyib. Artıq sözügedən yaşayış məntəqələrindən əhalinin təxliyəsinə başlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da Lipetsk hərbi aerodromuna hücum edildiyini təsdiqləyib. Bildirilib ki, Rusiyanın aviasiya bombalarını saxladığı hərbi anbarlar məhv edilib. Anbarlar vurduqdan sonra zəncirvari partlama nəticəsində güclü partlayış baş verib, sonra isə genişmiqyaslı yanğın baş verib.
Ukrayna mətbuatı isə yazır ki, Rusiya sözügedən aerodromda Su-34, Su-35 və MiQ-31 təyyarələrini yerləşdirib.
Lipetsk şəhəri cənubda Ukrayna sərhədində və şimalda Moskvaya təxminən 450 km məsafədə yerləşir.
TAHİR