KÖHNƏ VERSİYA            

Ukrayna müharibəsinə F-16-lar daxil edildi...

Image

Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin F-16 qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib. Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.

“Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir” - deyən Ukraynanın dövlət başçısı F-16-larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib. “The Economist” qəzeti isə yazır ki, Ukrayna Silahlı Qüvvələri vəd edilən 79 ədəd F-16 qırıcısından yalnız 10-nu alıb. Nəşrin müəllifi iddia edir ki, Kiyevə təhvil verilən 10 F-16 Rusiya Hərbi Hava Qüvvələrini məğlub etmək üçün çox azdır, lakin güclü simvolik başlanğıcdır. Qeyd olunur ki, bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri bu tipli 20 təyyarəyə malik olmalıdır, qalan F-16-lar isə Danimarka və Niderlandın dəstəyi ilə 2025-ci ildə partiyalar şəklində gələcək. Belçika, Danimarka, Niderland və Norveç yaxın aylarda Ukraynaya 60-dan çox təyyarə təqdim etməyi öhdələrinə götürüblər, lakin tədarüklər tədricən baş verəcək. Vaşinqtondakı Avropa Siyasəti Təhlili Mərkəzindən Federiko Borsari deyir ki, qırıcı təyyarələr üç əsas missiyanı yerinə yetirəcəklər. Onlar Ukraynanı bombalayan Rusiya raketləri və pilotsuz təyyarələrinin qarşısını almağa, düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmağa, Rusiya qüvvələrinin mövqelərini və sursat anbarlarını hava-yer tipli raketlərlə vurmağa çalışacaqlar. Borsari hesab edir ki, təyyarələr müharibənin bəzi dinamikasına təsir edə bilər. F-16-nın yerləşdirilməsi ilə bağlı bir çox məlumat gizli saxlanılır. Qərb hökumətlərinin bu təyyarələrin hansı hədəfləri vurmasına icazə verəcəyi və təyyarələrin hansı raketlərlə silahlanacağı məlum deyil. F-16-lar Böyük Britaniya tərəfindən təmin edilən 250 kilometrdən çox məsafəni qət edə bilən “Storm Shadow” qanadlı raketlərini daşıya bilər və potensial olaraq Rusiya daxilindəki hədəfləri vura bilər. Onlar həmçinin Rusiya bombardmançı və qırıcılarını təhdid edə biləcək uzaqmənzilli hava-hava tipli raketləri daşıya bilərlər. Təyyarənin təkmilləşridilmiş radarları ukraynalı pilotlara MiQ-29, Su-27 və Su-24 təyyarələrind olduğundan daha böyük məsafələrdə hədəfləri müəyyən etməyə imkan verəcək. Səmada üstünlük quruda hərbi kampaniyanın vacib hissəsidir, belə ki, təyyarələr quruda qoşunları havadan qoruyur. Lakin Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemləri nəzərə alınsa, Ukrayna qüvvələrinin cəbhə xəttində hərəkətini dəstəkləmək F-16 üçün çox risqli ola bilər. Ən azı qırıcı təyyarələr Rusiya qüvvələrinə psixoloji təsir göstərə və Ukrayna qüvvələrinin əhval-ruhiyyəsini yüksəldə bilər. London Kral Kollecinin Müdafiə Araşdırmaları Departamentindən Marina Miron Ukraynanın F-16 ilə bağlı aradan qaldırmalı olacağı problemlərin uzun siyahısını gətirir: “Ukraynalı pilotlar üçün ABŞ və Avropada təqribən doqquz aylıq təlim Qərb pilotları üçün Mironun “çox mürəkkəb maşın” adlandırdığı üç illik kursla müqayisədə sürətləndirilmiş kursa bərabərdir. Bu, qırıcı təyyarələrin effektivliyini məhdudlaşdıra bilər. F-16-lar həmçinin ixtisaslı texniki xidmət mühəndisləri, sursat yükləyiciləri, kəşfiyyat analitikləri və fövqəladə hallar qrupları kimi çoxlu sayda dəstək personalı tələb edir. “Bunlarla bağlı bir çox problem həll edilməlidir”. 

F-16-da döyüş təcrübəsi olmayan ukraynalı pilotlar döyüşdə iştirak etməkdən çəkinə bilərlər: “Vladimir Putin NATO ölkələrinin tədarük etdiyi F-16-ların məhv edilməsi ilə öyünməkdən məmnunluq duya bilərdi”. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, F-16-lar münaqişənin gedişatını dəyişdirən “sehrli həb” olmayacaq. Peskov Rusiya rəsmilərinin artıq F-16-ları məhv edəcək əsgərlərə mükafat təklif etdiyini də açıqlayıb. Təhlilçilər bildirirlər ki, Ukrayna F-16-ları təhlükəsiz anqarlarda yerləşdirməli, onları müxtəlif yerlərə yerləşdirməli, düşmənin diqqətini yayındırmaq üçün təyyarələrin maketlərini yerləşdirməli və hava hücumu xəbərdarlığı zamanı tez havaya qalxmağa hazır olmalıdır. Ukrayna Rusiyanın zərbələrindən qorumaq üçün bəzi döyüş təyyarələrini xarici bazalarda saxlaya biləcəyini bildirib. Bu, Putinin kəskin cavabına səbəb olub. O, Qərbin Ukrayna qırıcılarının yerləşdirildiyi hər hansı hava bazasının Rusiya qüvvələri üçün “qanuni hədəf” olacağı xəbərdarlığını edib. ABŞ rəsmiləri F-16-ların Ukraynada yerləşdiriləcəyini bildiriblər. Səmada Ukraynanın F-16 təyyarələri eyni anda bir neçə təyyarəni vura bilən Rusiyanın S-300 və S-400 mobil zenit-raket kompleksləri ilə təhdid ediləcək. Rusiya qüvvələri həmçinin bir neçə yüz döyüş təyyarələri, eləcə də müasir hava müşahidə radarlarına malikdir. Borsari hesab edir ki, Rusiyanın Su-35 qırıcısı F-16 üçün ən böyük təhlükələrdən biri olacaq. O, geniş ərazidə eyni vaxtda səkkizə qədər hədəfi izləməyə və vurmağa imkan verən uzaqmənzilli radarla təchiz edilib. Bununla belə, Rusiya qüvvələri daha güclü təyyarə ilə qarşılaşmalı olduqlarını başa düşürlər və çox güman ki, daha ehtiyatlı davranacaqlar.  Ukraynalı aviasiya eksperti Anatoli Xrapçinski deyir ki, Rusiya qüvvələri F-16-ların yerləşdirildiyi hava bazalarını vurmağa çalışsalar da, Ukraynanın qırıcıları qorumaq üçün etibarlı vasitələri var. Xrapçinski “Associated Press” agentliyinə müsahibədə deyib ki, Ukrayna Rusiya hücumlarını dəf etmək üçün öz aerodromlarını zenit qurğuları ilə qorumaq qabiliyyətinə malikdir. Ukraynaya müdaxilə boyu Rusiya fəal şəkildə Ukrayna aerodromlarına zərbələr endirməyə çalışıb, lakin onlar müəyyən mənada uğursuz olub”. Onun fikrincə, F-16 Ukrayna Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanını qorumaq və Rusiyadakı strateji hədəflərə hücum dairəsini artırmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək: “F-16 təyyarələrini almaqla biz Ukraynanın bu gün üzləşdiyi bir sıra problemləri həll edə biləcəyik. Bunlara Rusiyanın kütləvi raket zərbələri, idarə olunan bombalardan istifadə və S-300 qurğularının sərhəddəki Sumi və Xarkov vilayətlərində yerləşdirilməsi daxildir. Bunlar F-16 təyyarələridir və mənim fikrimcə, onlar Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə əhəmiyyətli dərəcədə kömək edəcək”. Rus hərbi ekspert Aleksey Jivov isə bildirib ki, Rusiyanın, ilkin məlumatlara görə, müttəfiqlər tərəfindən Ukraynaya təhvil verilmiş Amerika F-16 hərbi təyyarələrinə qarşı mübarizə aparmaq imkanı var. Onun sözlərinə görə, belə vasitələrə raket sistemləri və döyüş təyyarələri daxildir. Ekspert qeyd edib ki, xüsusi hərbi əməliyyat çərçivəsində S-300, S-400, S-500 raket sistemləri əsasən Krım və Sevastopolda yerləşdirilib ki, bu da F-16-ya qarşı mübarizədə istifadə oluna bilər: “Su-30 və Su-35 qırıcıları da bu işdə kömək edəcək. Başa düşməliyik ki, düşmən də bizim ov edəcəyimizi çox gözəl anlayır. Təbii ki, onlar Ukraynanın qərb sərhədində və NATO ilə sərhədə yaxın hərbi aerodromlarda gizlənəcəklər. Ola bilsin ki, onlar hələ də Polşa və Rumıniyada gizlənəcəklər. F-16-ların yerləşə biləcəyi Ukrayna aerodromlarında birbaşa atəşlər artıq davamlı olaraq həyata keçirilir, biz onların hərbi infrastrukturunu məhv edirik”. Eyni zamanda, Polşaya və NATO ölkələrinə hücumlar mürəkkəb məsələ olaraq qalır, deyə hərbi ekspert yekunlaşdırıb. 

Nahid SALAYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30